"Bursaspor" Dəniz Yılmazın pulunu verdi

13.05.2017 | 671 dəfə oxunub

“Bursaspor” Azərbaycan yığmasının futbolçusu Dəniz Yılmazın borcunu ödəyib. Stadium.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına açıqlamasında klubun prezidenti Ali Ay xəbər verib.

UEFA “ağ-yaşıllar”ın lisenziya tələbini qəbul etməmişdi. Buna səbəb kimi “Bursaspor”un 3 futbolçu – Dəniz Yılmaz, Tomaş Netsid və Bakaye Traoreyə borclu olması göstərilmişdi. Hər 3 oyunçu şikayət etdiyindən, Avropanın ali futbol qurumu “Bursaspor”a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməmişdi. 

Bu məsələyə toxunan Ali Ay problemi özünün yoluna qoyacağını bildirib. O, 3 futbolçudan ikisinin borcunun artıq ödənildiyini vurğulayıb: “Bütün məsuliyyət mənimdi. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Dostlarımdan həmin borcu ödəməyəcəyimiz halda, hansı vəziyyətlə üzləşəcəyimizi soruşdum. Cavabında UEFA-dan lisenziya almağın problemə çevriləcəyini dedilər. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, klubda ödəyə biləcəyimiz pul da qalmadı”.

Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ