İslamiada: Azərbaycan yenə 1-cidir - MEDAL SIRALAMASI

15.05.2017 | 893 dəfə oxunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üçüncü gününə yekun vurulub. Stadium.Az xəbər verir ki, medalların sahiblərini tapdığı ikinci gün Azərbaycan milli komandası üçün rekordlarla zəngin olub.

Yığmamız bir gün əvvəlki ilə müqayisədə daha çox medal – 28 mükafat əldə edib. Qızıl medal sayını da artıraraq 14-ə çatdıran idmançılarımız 8 gümüş və 6 bürünc də əldə edib.

İki dəfə çempionluq yaşayan Marina Durunda (bədii gimnastika, halqa və lent), həmçinin idman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova), Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m), Roman Heydərov (karate, kata), Məmmədəli Mehdiyev (cüdo, 90 kq), Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr), qadınlardan ibarət həndbol yığması, Elxan Məmmədov (cüdo, 100 kq), İrina Zaretska (karate, 68 kq), Ayxan Mamayev (karate, 84 kq), Jalə Piriyeva (bədii gimnastika, top), Elçin Talıbov (paracüdo, 66 kq) və Ramil Qasımov (paracüdo, 73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medala isə idman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), Elmar Qasımov (cüdo, 100 kq), İrina Kindzerska (cüdo, +78 kq), Marina Durunda (bədii gimnastika, gürzlər), Fəridə Əliyeva (karate, +68 kq), Jalə Piriyeva (bədii gimnastika, lent), Bayram Mustafayev (paracüdo, 66 kq), Kənan Abdulxanlı (paracüdo, +100 kq) yiyələnib.

Jalə Piriyeva (bədii gimnastika, halqa), Marina Durunda (bədii gimnastika, top), Asiman Qurbanlı (cüdo, +84 kq), Natiq Talıbov (paracüdo, 73 kq), Rövşən Səfərov (paracüdo, 90 kq), İlham Zəkiyev (paracüdo, +100 kq) İslamiadanın bürünc mükafatına sahib olub.

Bununla da ümumi medallarımızın sayı 50-yə çatıb. Bunun 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdü. Yığmamız bu göstərici ilə İslam Həmrəyliyi Oyunlarının medal sıralamasında 1-ci pillədə qərarlaşıb.

Ümumilikdə isə yarışın 3-cü günündə 39 dəst medal sahibini tapıb. Arxada qalan müddətdə isə 69 dəst mükafatçı müəyyənləşib.

24 ölkə medal qazanmağı bacarıb. Çempionluq sevincini yaşayan ölkələrin sayı isə 13-dür.

Yer

Ölkələr

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

24

17

9

50

2

Türkiyə

20

24

15

59

3

Özbəkistan

5

4

12

21

4

İndoneziya

4

10

9

23

5

İran

4

5

8

17

6

İordaniya

3

0

1

4

7

Əlcəzair

2

5

11

18

8

Misir

2

2

5

9

9

Banqladeş

1

1

0

2

10-11

Qırğızıstan

1

0

3

4


Tunis

1

0

3

4

12

Qətər

1

0

2

3

13

Səudiyyə Ərəbistanı

1

0

1

2

14

Pakistan

0

1

2

3

15-16

Qazaxıstan

0

0

2

2


Suriya

0

0

2

2

17-24

Fil Dişi Sahili

0

0

1

1


Kamerun

0

0

1

1


İraq

0

0

1

1


Livan

0

0

1

1


Mərakeş

0

0

1

1


Oman

0

0

1

1


Türkmənistan

0

0

1

1


Birləşmiş Ərəb Əmirliyi

0

0

1

1


Cəmi

69

69

93

231


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2017

01:29  Sevgilisi Neymarı rədd edib - FOTOLAR

23.06.2017

15:03  "Qarabağ"ın son məşqi VİDEO

03:38  Almaniya – Çili - 1:1 VİDEO

22.06.2017

14:05  "Qarabağ"ın məşqi VİDEO

21.06.2017

20.06.2017

21:57  "Qarabağ" Avstriyada ilk oyununda m']lub oldu - YENİLƏNİB VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. AZAL 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04AZAL 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -