İslamiada: 3 boksçumuzdan qələbə
IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir. Stadium.Az xəbər verir ki, daha 3 idmançımız rinqə çıxıb. Onların hamısı döyüşünü qələbə ilə başa vurublar.
İlk olaraq mübarizəyə 69 kq-da yarışan Tamerlan Abdullayev başlayıb. Idmançımız 1/8 finalda türkmənistanlı Muhemmetmirat Sahedovla qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.
***
Günün ikinci yarısında 1/4 finala start verilib. 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev də yarışa bu mərhələdən start verib. O, 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğanla döyüşüb. Görüş dünya çempionumuzun asan qələbəsi ilə yekunlaşıb.
Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldı.
Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.
***
91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da debüt görüşünə çıxıb. London Olimpiadasının bürünc medalçısı 1/4 finalda Özbəkistan boksçusu Sardorbek Beqaliyevlə üz-üzə gəlib. Görüş Avropa çempionumuzun qələbəsi ilə bitib - 5:0.
Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə Eldin Qoussun (Suriya) olacaq.
Bu qələbə sayəsində Məmmədov da ən azı bürünc medalı özünə təmin edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |