"Zirə"nin legioneri: "Bu, biabırçılıqdır!"

16.05.2017 | 1009 dəfə oxunub

Bakının “Zirə” komandasının serbiyalı futbolçusu Milan Duriç mozzartsport.com portalına müsahibə verib. 

Stadium.Az xəbər verir ki, Serbiya və Azərbaycan futbolu arasında müqayisə aparan 30 yaşlı yarımmüdafiəçi əsas fərqin əmək haqqı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bəzi futbolçuların şəxsi sürücüsü belə var:

“Əsas fərq şərtlərdədir. Əmək haqqı vaxtı-vaxtında ödənilir. Aparıcı iki klubun durumu daha yaxşıdır. “Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var. “Qəbələ” çox yaxşı şəraitə, çoxlu məşq meydanlarına malikdir. Maraqlıdır ki, Premyer Liqa oyunlarının keçirildiyi 8 medandan 4-ü süni örtüklüdür. Yeganə problem azarkeşlərlə bağlıdır. Çempionatda 8 komanda çıxış edir. İki oyun qalib gələn kimi yuxarı pillələrə qalxırsan, uduzanda isə əksinə olur”.

Ötən ilin iyununda “Zirə”yə transfer olunan M.Duriç klubla daha bir illik müqavilə üçün razılığa gəldiyini söyləyib. Komandanın Avropa Liqasına vəsiqə qazandığını xatırladan serbiyalı futbolçu növbəti mövsüm daha da uğurla çıxış edəcklərinə inandığını deyib:

“Gələn mövsüm daha yaxşı nəticə göstərə bilərik. Çünki “İnter” sponsorsuz qalıb. Başa çatan çempionatda “Neftçi” zəif çıxış etdi. “Qarabağ” və “Qəbələ” digərlərindən üstündür. Onlar Azərbaycanın ən yaxşı komandalarıdır. Bu kollektivlər davamlı olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edirlər”.

2012 - 2015-ci illərdə vətənində “Yaqodina” komandasında çıxış etmiş yarımmüdafiəçi hələ də əmək haqqını ala bilməməsindən şikayətlənib. O, Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib:

“İl boyu yeyirlər. Bu, biabırçılıqdır! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.

Milan Duriç 2016-2017 mövsümündə Azərbaycan Premyer Liqasında 25 oyuna çıxıb və 3 qola imza atıb. 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.09.2017

01:54  "Barselona" - "Eybar" 6:1 VİDEO

01:17  "Lester" - "Liverpul" 2:0 VİDEO

01:10  "Boloniya" - "İnter" 1:1 VİDEO

01:00  "Şalke" - "Bavariya" 0:3 VİDEO

19.09.2017

18.09.2017

02:08  PSJ - "Lion" 2:0 VİDEO

17.09.2017

20:18  "Səbail" - “Qəbələ” - HEYƏTLƏR

17:37  “Qarabağ” - "Kəpəz" - HEYƏTLƏR

16:11  MLS yeni rekord

13:26  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2017

   
  O Q H M T-f X
1. Zirə 5 4 1 0 11-4 13  
2. Qarabağ 4 4 0 0 8:2 12  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 5 2 1 2 6:6 7  
5. Sumqayıt 5 2 1 2 5:6 7  
6. Səbail 4 1 0 3 3-6 3  
7. Kəpəz 5 0 1 4 3-10 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
17.10Qarabağ 2-0Kəpəz
17.10Səbail 1-3Qəbələ
16.10İnter 1-1Sumqayıt
16.10Neftçi 1-2Zirə
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi