İslamiada: Millimiz yenə də Türkiyədən geri qaldı

17.05.2017 | 486 dəfə oxunub

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 5-ci gününü 13 medalla başa vurub. Stadium.Az xəbər verir ki, idmançılarınız bu gün 8 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə edib.

Təmsilçilərimiz üzgüçülük, atletika, paraatletika, güllə atıcılığı və taekvondo yarışlarında mükafatçılar sırasına düşə bilib.

Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay və 800 m sərbəst üsulla) gün ərzində iki dəfə Azərbaycanın himnini səsləndirib. Onunla yanaşı, Samir Nəbiyev (paraatletika, nüvəitələmə), Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Anna Skidan (atletika, diskatma), Oloxan Musayev (paraatletika, nüvəitələmə), Yelena Çebanu (paraatletika, 100 m) və Yaprak Eriş (taekvondo, 57 kq) çempionluq sevinci yaşayıb.

Qaşım Maqomedov (taekvondo, 54 kq) isə millimizə gümüş medal qazandırmağı bacarıb.

Bürünc medala Nigar Nəsirova (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma), Rövşən Fətullayev (ağır atletika, 94 kq), həmçinin üzgüçülük yığması (sərbəst üsul, 4x100 m; Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva,Fatimə Əlkərimova) yiyələnib.

Bununla, yığmamızın İslamiadadakı ümumi qazancı 81 medala çatıb. 41 qızıl, 24 gümüş və 16 bürünc medalı olan Azərbaycan millisi komanda hesabında 2-ci pillədə qalıb. Türkiyə millisi isə zirvədəki mövqeyini qoruya bilib.

Ümumilikdə isə indiyədək 130 medal dəsti sahibini tapıb. 28 ölkə mükafat, 18 çempionluq sevinci yaşayıb.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

43

40

32

115

2

Azərbaycan

41

24

16

81

3

İran

10

12

15

37

4

Özbəkistan

7

9

18

34

5

İndoneziya

6

18

18

42

6

Əlcəzair

4

9

12

25

7

Misir

4

3

5

12

8

İordaniya

3

0

2

5

9

İraq

2

1

1

4

10

Səudiyyə Ərəbistanı

2

0

4

6

11

Türkmənistan

1

3

2

6

12

Mərakeş

1

2

4

7

13

Qətər

1

1

4

6

14

Banqladeş

1

1

0

2

15

Tunis

1

0

6

7

16

Qırğızıstan

1

0

3

4

17

Seneqal

1

0

1

2

18

Qambiya

1

0

0

1

19

Pakistan

0

2

3

5

20-21

Oman

0

1

3

4

 

Suriya Ərəb Respublikası

0

1

3

4

22

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

23

Kamerun

0

1

1

2

24

Bəhreyn

0

1

0

1

25

Qazaxıstan

0

0

2

2

26-28

Fil Dişi Sahili

0

0

1

1

 

Cibuti

0

0

1

1

 

Livan

0

0

1

1

 

Cəmi

130

130

160

420

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2017

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ