Zabit Səmədov: "Gələcəkdə bu təklifə baxarıq""

17.05.2017 | 3765 dəfə oxunub

"Mən rəqibimin döyüşlərinə baxmışdım, o zəif deyildi". Stadium.Az xəbər verir ki, bunu Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov belçikalı Məhəmməd Malik Sinistra üzərində qələbədən sonra Bakıya qayıdarkən jurnalistlərə deyib. 

Onun sözlərinə görə, 33 yaşlı belçikalı idmançı iki il bundan qabaq da onunla döyüşmək istəyib: "Elə oldu ki, döyüş Türkiyədə təşkil olundu. Döyüşü hamı izlədi və nəticə məlumdur. Döyüşdən sonra rəqibim revanş təklif etdi. Gələcəkdə bu təklifə baxarıq". 

Döyüşlərinin harada keçirilməsi ilə bağlı qərarı özünün verdiyini deyən idmançı bildirib ki, döyüşlərlə bağlı ona təkliflər çox olur: "Türkiyədə olan döyüşün belə bitməsini istəməzdim, çünki döyüşü fərqli qurmaq istəyirdim. Rəqibimin zədələnməsini istəməzdim, zədəni mən ona vurmaq istəyərdim". 

Z.Səmədov bildirib ki, avqustun 23-ü Əhməd Hacıkadırovun ad gününə həsr olunmuş turnirdə iştirakı gözlənilir: "Son iki ildir mən orda vuruşuram". 

Qeyd edək ki, Z.Səmədov may ayının 14-də belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib. Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb. Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail