İslamiada: Uşu-sanda millimizin üzvləri ancaq qızıl medal haqda düşünür

18.05.2017 | 9742 dəfə oxunub

Bakıda təşkil olunan IV İslam Həmrəyliyi oyunlarında ölkəmizi uşu-sanda millisi də təmsil edir. Artıq bu idman növündə də mübarizə başlayır. Yarışlar başlamamışdan öncə ölkəmizi bu idman növündə İslamiadada təşkil edən idmançılarımız federasiyanın mətbuat xidmətinə yarışla bağlı fikirlərini bildiriblər:

Orxan Hətəmov (48 kq): "Bu yarışa çox yaxşı hazırlaşmışıq. Həm fiziki, həm texniki, həm də psixoloji baxımdan hər şey qaydasındadır. Çox səmərəli təlim-məşq toplanışlarımız olub. Rəqiblər tanışdı, baxıb, analiz edirəm. Düşünürəm ki, çempion ola bilərəm. Əsas rəqib indoneziyalı döyüşçüdür. Çox güclü idmançıdır. Ona da qalib gələ bilərəm. Məncə püşk önəmsizdir, əsas məsələ mənim hədəfim və öz döyüşümü düyüşməyimdir. Məqsədim yalnız çempion olmaqdır".

Elçin Eminov (56 kq): "Hazırlığımız çox yüksək səviyyədə keçib. 1 ildən artıqdır ki, bu yarışa hazırlaşırıq. Məşqçilərimiz üzərimizdə çox əziyyət çəkiblər. Azərbaycan çempionu oldum. Beynəlxalq turnirdə 56 kq çəki dərəcəsində çıxış etdim və çox güclü Çin idmançısına qalib gəldim. Bundan sonra özümə inamım daha da artdı. İnanıram ki, himnimizi səsləndirəcəyik. Mənim rəqiblərim çox güclüdü. Bu çəkidə 3 dünya  çempionu var. Qırğızıstan, İndoneziya və İran idmançısı çox güclüdür. Hər biri dünya çempionudur. Favorit isə iranlı döyüşçüdür. Ancaq inanıram ki, hazırlığımız onlara qalib gəlməyə bəs edəcək. Mən bu idman növündə 10 ildir çıxış edirəm. Ötən İslam Oyunlarında üçüncü olmuşam və üç Avropa çempionluğum var. İstəyərdim ki, çempion olum. Ən azından medal qazanacağıma inanıram".

Ruslan Pirəliyev (60 kq): "Artıq 15 aydır ki, biz bu yarışa hazırlaşırıq. Avropa çempionatında yaxşı nəticə qazandıq. Millinin heyətində 35 nəfər idik. Bir çox turnirlərdə iştirak etdik. Sona 3 ay qalmış isə baş məşqçimiz Azər müəllim hər çəkidə 2 nəfər saxladı. Təbii ki, bu seçim də turnirdəki çıxışlara görə oldu. Ötən islam oyunlarında mən ikinci olmuşdum. Rəqiblərin  çoxu tanışdı. Bəziləriylə üz-üzə gəlmişəm və qalib olmuşam. Ötən İslam Oyunlarında 65 kq çəki dərəcəsində çıxış ediridim. O da mənim öz çəkim deyildi. Finalda iranlı idmançıya məğlub olmuşdum. Bu dəfə öz çəkimdə çıxış edəcəm. Ümidim ancaq qızıl medaldı. İndi əsas rəqibim -  güclülər iranlı və indoneziyalı döyüşçülərdir. Öz evimizdə döyüşürük və əlimizdən gələnin ən yaxşısını etməliyik".

Bayram Şəmmədov (65 kq): "Yarışdan öncəki bütün təlim-məşq toplanışlarımız çox səmərəli keçdi. Əsas məsələ odur ki, indi özümüzü rahat hiss edirik. Allahın köməkliyi ilə birinci olmaq istəyirəm. İndi rəqibləri izləmişəm. Çox ciddi rəqiblərim var. Bu dəfə rəqiblər arasında ötən İslam Oyunlarının qalibi olan indoneziyalı və dünya ikincisi olan türkiyəli döyüşçü var. Mən də gənclərin olimiadasında ikinci olmuşdum. Hazırlığımız yaxşı keçib, məqsəd çempion olmaqdır.  Son Respublika çempionu oldum, Dağıstanda son turnirdə yer tutdum. Bu səbəbdən də məşqçilər heyəti milli komanda üçün seçimi mənim üzərimdə etdilər".  

Vüqar Kərəmov (70 kq): "Vəziyyət çox yaxşıdır. Buna kimi 3 təlim-məşq toplanışımız olub. Özümüzü yaxşı hiss edirik. Dünya reytinqində birinci olan idmançı rəqibim ola bilər. Buna baxmayaraq, çempionluğu hədəfləmişəm. O düzdür ki, milliyə seçimim birmənalı qarşılanmadı. Ancaq bunun ədalətli olduğunu düşünürəm. Mən bunu zəhmətimlə qazanmışam. Bu çəkidə milliyə digər namizəd Taleh İsayev idi. Onunla döyüşümüz oldu və bərabər səviyyədə keçdi. Daha sonra Dağıstanda təlim-məşq toplanışımız oldu. Ordakı turnirdə Taleh rəqibinə nokautla məğlub oldu. Onu nokaut edən idmançını isə mən nokaut etdim. Məhz bundan sonra seçim mənim üzərimdə oldu. Moskvada yarış oldu, orda da özümü yaxşı tərəfdən göstərdim. Talehlə 3 döyüş keçirdik, birin o uddu, ikisin mən. Əvvəl Allaha, sonra özümə inanıram. İnşAllah vuruşmalı və qalib gəlməliyəm. Doğma meydan amili isə mənim üçün əlavə stimuldur. Çünki dost tanış arenada olacaq. Onlardan və azarkeşlərdən əlavə güc alacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail