"Ümid edirəm ki, finalda daha çox azarkeş olacaq"

18.05.2017 | 3070 dəfə oxunub

"Oyundan öncə də bilirdik ki, çətin olacaq. Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar. Ən yaxşı oyunlarımızıdan birini keçirdik".

Stadium.az xəbər verir ki, bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Əlcəzair yığmasına qalib gələrək finala çıxdıqları matçdan (2:0) sonra deyib.

O, jurnalistlərin hakim ədalətsizliyi və futbolçularımızın intizamsızlığı haqda sualı ilə razılaşmayıb: "Kobudluğu Əlcəzair futbolçuları da edirdi. İki epizodda qırmızı vərəqə almalı idilər. Hakimliyə gəlincə, məgər rəqib bizə qol vurdu, referi saymadı?"

Y.Vahabzadə Azərbaycan yığmasının turnir ərzində qol buraxmamasına da münasibət bildirib:  “Meydanda komanda şəklində müdafiə olunuruq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Ümid edirəm ki, finalda daha çox azarkeş olacaq”. 

Azərbaycan millisi mayın 21-də keçiriləcək final görüşündə Kamerun - Oman matçının qalibi ilə qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail