"Bura oyun praktikası qazanmaq üçün gəlmişdik"

18.05.2017 | 2790 dəfə oxunub

"Yarışın təqvimi sıx olduğu üçün Azərbaycan yığmasının oyununu tam izləyə bilmədim". 


Stadium.az xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət Əlcəzair yığmasının baş məşqçisi Amör Şafik IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Azərbaycan millisinə 0:2 hesablı məğlubiyyətdən sonra deyib.


O, bildirib ki, hakimlər ədalətsizliyə yol veriblər: "Xüsusən də yan xətt hakimlərinin oyundankənar vəziyyətlər və sarı vərəqələrlə bağlı səhvlər oldu. Lakin öncədən demişdim ki, bura oyun praktikası qazanmaq üçün gəlmişdik. Bizim komanda 20 yaşadək futbolçulardan təşkil olunub. Azərbaycanda isə 23 yaşadək futbolçular çıxış edir. Ona görə də hakimin köməyinə ehtiyacları yoxdur".


A.Çafik oyun ərzində Əlcəzairin məşqçilər korpusunun hakimlərə qarşı narazı jestlər etmələrinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hakimlərə təzyiq etməyiblər: "Hakimin düzgün olmayan qərarları var idi. Buna reaksiya verirdik. Oyun boyu hakimin tərəfkeşliyi və ədalətsizliyi göz qabağında idi".


Baş məşqçi komandanı bir ay ərzində topladıqlarını və məqsədlərinin təcrübə toplamaq olduğunu vurğulayıb: "İslamiadadan beynəlxalq yarışlara hazırlaşmaq üçün yararlanacağıq. Qarşıda bürünc medal uğrunda görüş var".


A.Çafik Əlcəzair futbolçularından birinin paltardəyişmə otağının qapısını qırmasına və Azərbaycanlı oyunçu ilə dəyişdiyi formanı yerə atmasına da münasibət bildirib: "Bu təsdiqin taparsa, ölçü götürəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail