5 qızıl medal qazanan idmançımız pulun bir hissəsini...

18.05.2017 | 1161 dəfə oxunub

"Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək".

Stadium.Az xəbər verir ki, bu barədə "Report"a azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunyovun anası İradə Aşumova bildirib.

"Onlar bu pulları qazanıb, axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hamsı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.

Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.

Xatırladaq ki, İslamiadada hər qızıl medala görə azərbaycanlı idmançı 150 min manat mükafat alacaq. Eyni zamanda, onların məşqçiləri məbləğin 50%-ni qazanacaq. Qeyd edək ki, Ruslan Lunevin məşqçisi atası Vladimir Lunevdir.

R.Lunevin daha əvvəlki müxtəlif idman yarışlarında elə də yüksək olmayan göstəriciləri fonunda İslamiadada 5 qızıl medal qazanması məsələsini şərh edən İ.Aşumova oğlunun ötən il Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında ilk dəfə çıxış etdiyini söyləyib.

"O, 15-ci oldu. Bizim üçün bu, əlbəttə, uğurlu çıxışdır. 26 yaşında, ilk dəfə Olimpiadada iştirak edə-edə, iki dəfə 15-ci yeri tutmağı normal qarşıladıq. Bunun uğurlu çıxış olduğunu hesab edirik. O, fevral ayında Hindistanda üçüncü yeri tutub, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında digər idmançımız Nigar Nəsirova ilə miks şəklində üçüncü olublar", - İ.Aşumova qeyd edib.

Onun sözlərinə görə, R.Lunev Dünya Kubokunda iştirak etmək üçün artıq Almaniyanın Münhen şəhərinə yollanıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

02:13  PSJ - “Seltik” - 7:1 VİDEO

22.11.2017

20:08  "Qarabağ" - "Çelsi" - HEYƏTLƏR

02:37  APOEL - “Real” - 0:6 VİDEO

21.11.2017

20.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. Keşlə 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10Keşlə 0-2Qarabağ
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ