İslamiada: Taekvando millimiz yarışları başa vurdu

19.05.2017 | 2898 dəfə oxunub

 IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub.  Stadium.Az xəbər verir ki, son gündə daha 5 çəkidə qaliblər müəyyənləşib.

Millimizin isə 4 üzvü medallar üçün dayanq üzərinə çıxıb. Onlardan ikisi Ramin Əzizovla Məhəmməd Məmmədov yarışı fəxri kürsüdə başa vurub. Əzizov qızıl, Məmmədov bürünc medala sevinib.

Kişilər

63 kq

Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı indoneziyalı İbrahim Zarman önündə ciddi çətinlik çəkməyib (9:2) və adını 1/4 finala yazdırıb. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) önündə ciddi çətinliklə üzləşməyib. Məmmədov rəqibini dayanq üzərinə çıxmağına peşman edib - 26:10. İdmançımız yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevi sınağa çəkib. Təmsilçimiz 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

74 kq

Səid Quliyev yarışa 1/4 finaldan qoşulub. Gənclərin Olimpiadasında qızıl medal qazanmış idmançımız Toş van Diyklə qarşılaşıb. İdmançımız mübarizəyə fəal başlayıb, hesabda önə keçməsinə baxmayaraq, sona yaxın üstünlüyü əldən verib. Yekunda 17:19 hesablı yenilgiyə üzülən Quliyev İslamiadada mübarizəni dayandırıb.

87 kq

Bu çəkidə ölkəmizi təmsil edən Ramin Əzizov yarımfinala çıxmaq uğrunda görüşdə iordaniyalı Anas Sadeki mübarizədən kənarlaşdırıb. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə üstələyib. Əzizov ikinci sınağını türkiyəli Sərdar Yüksələ qarşı verib. 13:5 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Həmyerlimiz qızıl medal uğrunda qarşılaşmada İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. 16:13 hesabı ilə qalib gələn Əzizov yarışın çempionu adına yiyələnib. 

Qadınlar

62 kq

Son gündə dayanq üzərinə çıxan yeganə qadın idmançımız Darya Şkurko olub. O, 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. Gərginliyi ilə diqqət çəkən döyüşdə mərakeşli daha güclü olub. 8:10 hesabı ilə yenilən Şkurko mübarizəni erkən dayandırıb.

Taekvondo yarışlarının ilk iki günündə 5 qızıl və 2 gümüş medal qazanan millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub. Bunlardan 6-sı qızıl, 2-si gümüş, 1-i bürüncdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail