İslamiada: Boks millimiz ən güclüdür

19.05.2017 | 924 dəfə oxunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. Stadium.Az xəbər verir ki, 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb.

10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan 3-cüdü. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandı. Bakı-2017-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

AZƏRBAYCAN

3

3

1

7

2

Özbəkistan

3

0

2

5

3

Qazaxıstan

2

0

3

5

4

Suriya

1

1

2

4

5

Türkmənistan

1

1

1

3

6

İraq

0

2

0

2

7

Mərakeş

0

1

3

4

8-9

Misir

0

1

1

2

 

Türkiyə

0

1

1

2

10

İordaniya

0

0

3

3

11-13

Əlcəzair

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İran

0

0

1

1

Cəmi

 

10

10

20

40

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

14.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ