İslamiada: Uşu-sandada üç döyüşçümüz qızıl, üçü bürünc üçün döyüşəcək - YENİLƏNİB

21.05.2017 | 3740 dəfə oxunub

Bakıda təşkil olunan IV İslam Həmrəyliyi oyunlarında ölkəmizi uşu-sanda millisi də təmsil edir. Stadium.Az xəbər verir ki, artıq bu yarışda mübarizəyə ötən gün start verilib. Mübarizə aparan 6 döyüşçümüzün hamısı ötən gün qalib gələrək adların yarımfinala yazdırıblar.  Bu gün isə yarımfinal döyüşləri keçirilir.

48 kq

Təmsilçimiz Orxan Hətəmovun rəqibi qırğızıstanlı Sulmankul olub. Oyunun əsas hissəsində tərəflərdən hərə bir dəfə qalib olub. Bu səbəbdən də üçüncü hissə keçirilib. Təəssüf ki, Orxan bu döyüşdə məğlub olub. O, bürünc medal üçün döyüşəcək. 


56 kq

Elçin Eminov da artıq yarımfinal döyüşünü keçirib. Eminov indoneziyalı rəqibini məğlub edərək finala vəsiqə qazanıb.


60 kq

Ruslan Pirəliyev isə Elçinin uğurunu təkrarlaya bilməyib. Ruslan iranlı rəqibinə məğlub olaraq bürünc medal uğrunda döyüşəcək. 

65 kq

Bayram Şəmmədovun yarımfinaldakı rəqibi bu çəkidə favorit olan Ali Ay olub. İlk raundda Bayram rəqibindən üstün olub. 

Bayram ikinci hissədə də qalib gələrək finala vəsiqə qazanıb. 

70 kq

Vüqar Kərəmovun yarımfinaldakı rəqibi isə indoneziyalı döyüşçü olub. Vüqar ilk hissədə qalib gəlib. Vüqar ikinci hissədə də qalib gələrək finala yüksəlib.


75 kq

Pərviz Abdullayevin yarımfinaldakı rəqibi isə iranlı döyüşçü Yazdan Mirzəyi olub. İlk hissədə hakimlər qələbəni iranlı döyüşçüyə veriblər. İkinci hissədə də tam üstünlüklə qələbə qazanan iranlı döyüşçü finala vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail