"Qarabağ"dan bir ilk - ŞANS GƏTİRDİ
Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq.
Stadium.Az xəbər verir ki, bunun üçün ilk növbədə Ağdam klubunun özünün II təsnifat mərhələsini adlaması vacibdi.
Qurban Qurbanovun yetirmələri ilk sınağını keçirəcəyi bu mərhələdə səpələnmişlər olduğundan turu adlayacağı gözlənilir. Lakin III təsnifat mərhələsinin püşkatması iyulun 14-də baş tutacaq. Yəni, əvvəlki mərhələ başa çatmamış keçiriləcək.
Bu da o deməkdi ki, püşkdə əsasən cütlüklər iştirak edəcək. Cütlər də daha yüksək reytinqli komandanın əmsalına görə səbətlərə bölünəcək. “Qarabağ” öz cütündə daha güclü sayıldığından onların əmsalı III təsnifat mərhələsinin püşkü zamanı həlledici olacaq.
Mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq “Olimpiakos”, həmçinin 2-ci raundun ən yüksək reytinqli 8 və ya 9 komandasının yer aldığı cütlük səpələnmişlər sırasında yer alacaq.
Ümumilikdə, bu səbətdə 10 komanda yer almalıdı.
Hesabında 18,050 xal olan “Qarabağ” II təsnifat mərhələsinin 8-ci komandasıdı. Bu isə o deməkdi ki, çempionumuz III təsnifat mərhələsindən mübarizəyə qoşulmaq iddiasında olanlar arasında 9-cu yerdədi.
Bəzi Avropa ölkələrinin çempionu bilinmədiyindən ağdamlıların mövqeyi dəyişə bilərdi. Əslində, yalnız iki çempion “Qarabağ”ı arxada qoymaq gücündə idi. Bunlar Polşa və Çexiya təmsilçiləri idi.
Əgər bu ölkələrin ikisinin də çempionu daha yüksək reytinqli olsa, Azərbaycan klubu səpələnməmişlər sırasına düşəcək və güclü rəqiblə qarşılaşmaq təhlükəsi yaranacaqdı.
Çexiyada reytinqi 8,135 xal olan “Slaviya” ən yaxın izləyicisi “Viktoriya”nı qabaqlayaraq “Qarabağ” üçün yol açıb. Belə ki, reytinqi ağdamlılardan çox yüksək – 40,635 olan “Viktoriya”nın yarışdan kənarda qalması çempionumuzun işinə yarayıb.
Buna görə də təmsilçimiz indidən III təsnifat mərhələsinin səpələnmişinə çevrilib.
İndiyədək heç vaxt Azərbaycan klubu Çempionlar Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində olmayıb. 2009/10 mövsümündə “Bakı”, 2012/13 mövsümündə “Neftçi”, ardıcıl son üç ildə isə “Qarabağ” bu raundda çıxış edib. Lakin bu 5 cəhdin hamısında komandamız səpələnməmiş olub və önünə güclü rəqib çıxıb. “Qarabağ” səpələnmişlərdən olaraq, bununla ilkə imza atıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |