Ndlovu: "...bu barədə söhbətimiz olmayıb" - MÜSAHİBƏ

15.06.2017 | 6392 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Dino Ndlovu "Bakı" ilə yoxlama oyunundan (9:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandanın hazırlıqları necə gedir?

- İndidən hazırlıq barədə danışmaq  tezdir. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə lazımdır. Bu müddətdən sonra istədiyimiz səviyyəyə çata bilərik.

- Bu matçda 5 qol vurdun. Ümumiyyətlə, “Bakı”  haqqında məlumatın varmı?

- Bəli. Baxmayaraq ki, hazırda həvəskarlar liqasındadırlar, amma bir zamanlar böyük klub olması haqqında məlumatlıyam. Bu gün (dünən – red.) yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil edilmiş heyətləri var. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə həmin gənc heyəti bu gün göstərdiyi oyuna görə alqışlayıram.

- Cənubi Afrika millisinin sabiq baş məşqçisi ilə aranda problem yaşanmışdı və bu səbəbdən yığmaya çağırılmırdın. İndi baş məşqçiniz dəyişilsə də, yenə də milliyə dəvət olunmursan...

- Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransada, Türkiyədə oynayır. Hətta ölkə çempionatımızda da güclü hücumçu var və qollarını sıralayır. Sizcə, hansı baş məşqçi elə çempionatlarda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda oynayan futbolçunu milliyə dəvət edər? Amma buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o, mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam, milliyə çağırılma şansım olacaq. Azərbaycanı, klubumu sevirəm, hörmət edirəm,  amma digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdir.

- Adı “Qarabağ”la hallanan Tokelo Rantie ilə yaxınsan. Onunla “Qarabağ”a keçmək barədə söhbət etmisənmi?

- Bəli, o, mənim dostumdur. Amma bu barədə söhbətimiz olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail