"Qəbələ" "Real"da oynamış hücumçunu aldı

15.06.2017 | 1510 dəfə oxunub

“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb. Stadium.Az xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb.

Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq.

Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” Madrid (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.08.2017

23.08.2017

21:40  "Kopenhagen" - "Qarabağ" - HEYƏTLƏR

12:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:59  "Nitsa" - "Napoli" 0:2 VİDEO

22.08.2017

22:12  "Astana" - "Seltik" 4 - 3 VİDEO

13:42  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

21.08.2017

02:11  "Deportivo" - "Real" 0:3 VİDEO

02:00  PSJ - "Tuluza" 6:2 VİDEO

01:54  "Atalanta" - "Roma" 0:1 VİDEO

01:50  "Barselona" - "Betis" 2:0 VİDEO

20.08.2017

   
  O Q H M T-f X
1. Zirə 2 2 0 0 5-1 6  
2. Qarabağ 2 2 0 0 4:1 6  
3. Qəbələ 2 2 0 0 3:1 6  
4. Səbail 2 1 0 1 2-2 3  
5. Sumqayıt 2 1 0 1 2:2 3  
6. Kəpəz 2 0 0 2 1-5 0  
7. İnter 2 0 0 2 1:3 0  
8. Neftçi 2 0 0 2 1-3 0  
26.08Zirə ---Sumqayıt
26.08Qarabağ ---Qəbələ
25.08İnter ---Səbail
25.08Neftçi ---Kəpəz
26.08Qarabağ -Qəbələ
26.08Qarabağ -Qəbələ
26.08Qarabağ -Qəbələ
26.08Qarabağ -Qəbələ