Qapıçısı "Milan"dan imtina etdi

16.06.2017 | 5410 dəfə oxunub

"Milan"ın istedadlı qapıçısı Canluici Donnarumma klubla yeni müqavilə imzalamayacaq. Stadium.Az xəbər verir ki, "rossoneri"nin baş direktoru Marko Fassone gənc qolkiper və onun agenti Mino Rayola ilə görüşdən sonra bu barədə məlumat verib.

"Rayola bizə dedi, Donnarumma qəti qərara gəlib  ki, müqaviləni yeniləməsin. Bizim təklifimiz çox yaxşı idi. Futbolçu əvvəlcə bunu dəyərləndirmişdi. Sonra isə bizə bildirdi ki, yeni müqavilə imzalamaq istəmir. Beləliklə, Donnarummanın burdakı vaxtı 2018-ci ilin iyununda başa çatacaq. Biz də çaşqınıq. Çünki onun uzun müddət "Milan"da qalacağını düşünürdük".

"Milan" 18 yaşlı qapıçıya illik 4.5 milyon avro məvacib təklif edirdi. Onun meneceri Rayola isə yeni müqavilədə klubun Çempionlar Liqasına düşməyəcəyi halda 10 milyon avro buraxılış qiyməti göstərməyi tələb edirdi. İtaliya mətbuatında yayılan xəbərə görə Donnarumma "Real"a keçmək istəyir. İki variant var. Avqustun 31-ə kimi transfer baş tutmasa, gələn yay italiyalı qapıçı azad agent kimi "kral klubu"na qoşulacaq. Onunla maraqlanan digər klub PSJ-dir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail