"Qəbələ" Avstriyada turnirə qatılır

17.06.2017 | 1401 dəfə oxunub

İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. Komandamız günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.

Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edir. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, komandamızın yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

Sabah “Qəbələ” Avstriyada növbəti sınağına çıxacaq. “Qəbələ” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcək.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.01.2018

02:29  "Leqanes" - "Real" 0:1 VİDEO

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

16.01.2018

15.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ