"Qarabağ"ın rəqibini yaxından tanıyaq

19.06.2017 | 5053 dəfə oxunub

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Samtredia” Gürcüstanın ən köklü klublarından biridir.

Samtredia şəhərini təmsil edən klub 1936-cı ildə yaradılıb. “Lokomotiv” kimi yaradılan komanda sonradan “Samtredia”, “Sanavardo”, “Cuba”, “İberiya” adlarını da daşıyıb. 1936-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində debüt edən Samtredia şəhərinin komandası uzun illər bu liqada mübarizə aparıb.

Klubun yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə ciddi uğuru olmayan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib. Avropadakı debüt uğursuz alınıb. Makedoniya “Vardar”ına evdə 0:2, səfərdə 0:1 hesabı ilə məğlub olub.


Ötən əsrin 90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir.  2009/10-cu illər mövsümündə “Samtredia” elitaya qayıtsa da, cəmi  2 mövsüm sonra yenidən I Diviziona düşür və 2014/15-ci illərdə yenidən Yüksək Liqaya qayıdır. Klub növbəti uğurunu 2015/16-ci illər mövsümündə qazanıb. Belə ki, komanda tarixində ikinci dəfə gümüş medalların sahibi çıxıb.

“Samtredia” geridə qalan mövsümü tarixində ilk dəfə olaraq çempion kimi tamamlayaraq Çempionlar Liqasına vəsiqəni təmin edib.

“Samtredia” ev oyunlarını 15 min tamaşaçı tutumuna malik Erosi Manjqaladze stadionunda keçirir.  “Samtredia”nın fəxri isə klubun öz yetirməsi olan Kaxaber Kaladze sayılır.

Komandanın baş məşqçisi yerli mütəxəssis Qeorqiy Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən “Samtredia”nın heyətində 4 legioner çıxış edir. (2 Ukrayna, 1 Rusiya və 1 Qana).

Hazırda davam edən Gürcüstan çempionatında “Samtredia” 17 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 hesabı ilə qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, mərhələ adlayıb.

Mənbə: qarabagh.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail