"Zirə"nin dəyəri 4,2 milyon avrodur?

20.06.2017 | 4581 dəfə oxunub

Rumıniyanın “Astra” klubu Avropa Liqasının II təsnifat mərhələsində Bakıya səfər edə bilər. Stadium.Az xəbər verir ki, bunun üçün Avroliqadakı təmsilçimiz “Zirə” I mərhələdən üzüağ çıxmalıdı.

Lüksemburq klubu “Differdanj”la qarşılaşacaq bakılılar rəqibi üstələyəcəkləri halda, növbəti mərhələdə “Astra” ilə üz-üzə gələcəklər.

Rumıniya mətbuatı “Astra”nın potensial rəqibləri haqda indidən informasiya yaymağa başlayıb. “Zirə”nin Azərbaycan çempionatının ötən mövsümünü 4-cü pillədə başa vurduğunu yazan həmkarlarımız klubun dəyərinin 4,2 milyon avro olduğunu vurğulayıblar. 

Maraqlıdı ki, onlar müdafiəçi Akim Latifunun “Zirə”dən ayrılmasından xəbərsizdirlər. Rumıniya mətbuatı nigeriyalı futbolçunu Azərbaycan təmsilçisinin ən bahalı oyunçusu qismində göstərib. Onlar Latifunun qiymətinin 400 min avro olduğunu yazıblar.

“Zirə”nin “Differdanj”la ilk matçı iyunun 29-da, cavab görüşü isə iyulun 6-da baş tutacaq. Paytaxt klubu II təsnifat mərhələsinə adlayacağı halda, “Astra” ilə oyunlarını 13 və 20 iyul tarixlərində keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail