Cavid İmamverdiyev: “Başımızı aşağı salıb işimizi görəcəyik"

26.06.2017 | 4692 dəfə oxunub

“Yeni komandaya qoşulduğum üçün çox şadam. “Sumqayıt” ötən il sübut etdi ki, elə-belə qurulmayıb”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

“Kollektivin mehriban olduğunu kənardan da eşidirdim. Rail Məlikov, Vurğun Hüseynov – bunlar Azərbaycan futbolunda ad qoymuş oyunçulardır. Bilirəm ki, onlar olan yerdə gözəl kollektiv olur. Özüm də gəldim, bunun şahidi oldum. Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular daxil olmaqla, gözəl kollektivimiz var. Bu kollektivə qoşulduğum üçün özümü xoşbəxt hiss edirəm. İnşallah,Allah bizi utandırmaz.  Biz də özümüzü sübut edərik” - deyə o bildirib.

Bu ilin mayında "Neftçi"dən ayrılaraq "Sumqayıt"a transfer olunan C.İmamerdiyev yeni klubunda kollektivin ona dəstək olduğunu söyləyib:

“Hamısı azərbaycanlı futbolçulardır. Komandada legioner yoxdur. Çoxunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkəm. Kollektiv sağ olsun, mənə dəstək olurlar. Hansısa çətinliyim olacağını düşünmürəm”.

25 yaşlı yarımmüdafiəçi qarşılarına yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfi qoyduqlarını dilə gətirib: “Başımızı aşağı salıb işimizi görəcəyik, futbolumuzu oynayacağıq. Allah kərimdir. Komandaya yeni futbolçular qoşulub. Yəqin ki, onlar heyətə elə-belə cəlb olunmayıblar. Çalışacağıq ki, gözəl bir yerlərə gəlib çıxaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail