Zaur Svanadze: "Bizim üçün çox çətin olacaq"

29.06.2017 | 6055 dəfə oxunub

“Uzun müddətdi ki, oyuna hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost” qarşı mübarizə apara biləcəyik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında səfərdə “Mladost”la qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb.

Gürcü mütəxəssis oyunun çətin keçəcəyini bildirib:

“Bilirik ki, rəqibimiz yaxşı komandadı, yaxşı futbolçular cəmləşib. Bir neçə yeni oyunçu ilə gücləniblər. Bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “pəncərədir” ki, oyunçu transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük, ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Biz necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail