"Bu məqam sizdən çox məni narahat edir" - Qurban Qurbanov

10.07.2017 | 4288 dəfə oxunub

"Qarabağ" sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyundan öncə Ağdam klubu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çalışacağıq ki, oyuna qədər komandanı tam hazır edək. Hər kəs bu oyunu səbirsizliklə gözləyir. Hələ hər kəs tam olaraq hazır deyil. Mən hələ istədiklərimin hamısın futbolçulardan tələb edə bilmərəm. Toplanışa başlayandan bəri artım çoxdu. Bu oyuna kimi hazırlıq səviyyəsin daha yüksəyə çatdırmağa çalışacağıq.

- "Qəbələ"nin oynadığı bu komandayla indiki arasında fərq var?

- Müqayisə eymək olmaz. Tam fərqli komandadır. Futbol hər gün dəyişir və inkişaf edir. Tam fərqli bir "Samtrediya" görürük. Hər kəs günü-gündən səhvlərin düzəldir. 

- Daha bir transfer olacaq, yoxsa bağlanılıb?

- Transfer etməyimizin mərhələ keçməyimizlə heç bir bağlılığı yoxdu.  Sadəcə transfer etmək çox da asan deyil. Biz ən çox futbolçunun videoyazısına indi baxmışıq. İstədiyimiz futbolçuları əldəe də bilmirik.Biz istədiyimiz futbolçuyla nə vaxt razılıq əldə etsək, o zaman da alırıq.

- Azarkeşlərə bir ismarıcınız varmı?

- Azarkeşlər arasında olmamışam. Bizim oyunlarda stadionda olmasa da, hər kəs oyunumuzla maraqlanır. İnanıram ki, kimin imkanı varsa stadiona gələcək. 

- Komanda Avstriyada 4 oyun keçirdi və məğlub oldu...

- Nəticə hər zaan bizim üçün önəmlidir. Nə qədərki siz narahatsız, mən ondan da çox narahatam. Mən arxayınam ki, səhvləri burda etməyəcəyik. Bu səhvləri il boyu edirik. Ola bilər ki, sizlərin gözünə görünmür, amma aradanq aldırmağa çalışırıq. Tez aradan qaldırılacaq səhvlərdir. Belə oyund aməsuliyyət daha çox olur.

- Qurban müəllim, gürcülər hücum edən, amma müdafiədə də səhvlərə yol verən olur, daim. Bu məqama xüsusi diqqət etmisizmi rəqibi analiz edərkən? Yəni "Qarabağ"ın işinə yarayacaqmı?

-  Bu elə bir turnirdi ki, bütün komandalar çalışır az səhv etsin. Mən analiz etdiklərimizi burda açıqlamaq istəmirəm. Bu oyunda daha diqqətli komanda görəcəyik.

- Futbolçulara sərbəst oynamağa icazə verəcəksizmi?

- İndi gücümüz ço deyil ki, onu saxlayaq da. Bütün gücümüzü meydana qoyacağıq. Biz "Qəbələ"nin nəticəsin təkrarlamaq barədə düşünmürük. Bizim məqsədimiz düzgün oynamaq və iki oyunun nəticəsinə görə turu keçməkdir. Çalışacağıq ki, azarkeşlərin ürəyinə yatacaq futbol oynayaq. Hazırda öz və rəqib haqda düşünürük.

- Klublarımız Avroliqada necə təsir bağışladı?

- Hər iki komanda çox yaxşı təsir bağışladı. Bizim Avroliqada hər bir qələbəmiz ölkə futbolu üçün inkişafdır. Hər iki klubumuzun ilk və cavab oyununda qələbə qazanması çox yaxşı oldu. Biz də diqqətli olub və qələbə qazanmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail