Kaladze "Qarabağ"ın oyununa gəlib

11.07.2017 | 6437 dəfə oxunub

Milan” komandasının keçmiş futbolçusu və Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladzenin atası Bakıya gəlib. Stadium.Az xəbər verir ki, Karlo Kaladze Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Gürcüstan təmsilçisi “Samtredia” arasında baş tutacaq ilk matçı izləmək üçün Azərbaycanda səfərdədir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Qarşılaşmaya "Samtredia"nın veteran futbolçuları da canlı baxacaq.  

 70 yaşlı Karlo Kaladze Gürcüstanın Samtredia şəhərində anadan olub. O, şəhərin “Lokomotiv” komandasında futbol oynayıb. Ata Kaladze 1980-ci illərdə “Lokomotiv”in varisi olan “Samtredia” klubunun rəisi vəzifəsində çalışıb. Kaxa Kaladze də “Qarabağ”ın rəqibinin yetirməsidir. 39 yaşlı veteran futbolçu 1992-ci ildə Tbilisi “Dinamo”suna transfer olunub, 2001 - 2010-cu illərdə isə “Milan”da çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail