Bu iki futbolçu "Beşiktaş"dan ayrılıb

11.07.2017 | 5114 dəfə oxunub

Ötən mövsüm "Beşiktaş"da icarədə çıxış edən Vensan Abubakar müqavilə ilə məxsus olduğu "Porto"nun düşərgəsində məşqlərə başlayıb.

Stadium.Az xəbər verir ki, onun açıqlamaları İstanbul klubunun azarkeşlərini bir xeyli hiddətləndirib.

"Porto"ya qayıtdığım üçün xoşbəxtəm. Komanda yoldaşlarım məni isti qarşıladı. Onlarla yenidən məşq etmək çox xoş oldu. Yeni baş məşqçimiz Konseysaonu hələ ki tanımıram. Amma ilkin müşahidəm yaxşı mütəxəsis olduğunu göstərir. Yeni mövsümdə "Porto" ilə titullar qazanmaq istəyirəm. Niyyətimizə çatacağımıza əminəm".

Kamerunlu forvard ötən mövsüm "Benfika" ilə Çempionlar Liqasının qrup mərhələsində baş tutmuş oyundan sonra "Porto"da oynamaq istəmədiyini demişdi. Onun "Beşiktaş"da məvacibi 3.3 milyon avro idi. "Qara qartallar" onun nə məvacibi, nə də transfer hüququnda endirimə nail olmadığından Abubakar Portuqaliyaya qayıtmalı olmuşdu.

Kamerunlu futbolçudan başqa daha bir oyunçu da "Beşiktaş"ı tərk edib. Belə ki, Gökhan İnlerlə də yolları ayırıb.

33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşa əsasında ləğv edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail