RomanQriqorçuk: "Bilirdik ki, onların üstünlüyü olacaq" - MÜSAHİBƏ
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşanın "Yagelloniya" klubu ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Pis heç nə baş vermədi, təəccüblü heç nə olmadı. Çünki başa düşürdük ki, çətin görüş olacaq. Rəqibin yaxşı oyun tərzi var və bilirdik ki, onların üstünlüyü olacaq. Bizim üçün ilk dəqiqələrdən oyunu ələ almağımız yaxşı olardı. Bu alınmadı, əksinə çox epziodlar itirdik. Əvvəldən daha yaxşı oynamalı idik.
- Komanda bu gün niyə inamsız təsir baışladı? Nə çatışmırdı?
- Rəqib eyni heyətlə oynayır, onlarda oturuşmuş heyət var. Bunu başa düşürük və ona görə də təəccüblü heç nəyin baş vermədiyini düşünürük. Biz qələbə qazanmaq istəyirdik. Oyunu ələ almalıydıq. Lazımsız top itkilər oldu və bu, bizim oyunumuza təsir etdi.
- İlqar Qurbanov əvəzlənmədən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?
- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzlənmək istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdır. Bəlkə də, onun qıcılması tutmuşdu.
- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardır, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdur?
- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiniz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.
- Cavab oyununda şanslarınızı necə dəyərləndirirsiniz? Yeni planınız varmı?
- Biz necə olacağını bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Bizim əsas məqsədimiz sakit olmaqdır. Təəssüflənməməliyik. Hesab müxtəlif ola bilərdi. Məncə, nəticə ədalətlidir. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq. Növbəti mərhələyə keçmək şansımız var.
- Araz Abdullayev bu gün harda idi?
- Arazın adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi.
- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?
- Düzdür, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidir. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |