Fariz Nəcəfov: "Nika bizdən bu mövsüm üçün keçənilki ilə müqayisədə 3 dəfə artıq pul istədi" - MÜSAHİBƏ

14.07.2017 | 4099 dəfə oxunub

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Yagelloniya” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu nəticəni gözlənilən saymaq olar. Əvvəldən də demişdim ki, komanda hələ tam hazır deyil. Bu, meydanda göründü. Yeni oyunlarçular komandaya tam uyğunlaşmayıblar. Nəticə rəqib üçün sərfəlidir. Hər şey növbəti oyunda həll olunacaq.

- Yeni transferlərdən bu gün razı qaldınız?

- Tam olmasa da, bəli, razı qaıldım. Onlar hələ 100 faiz hazır deyillər. Qarşıdakı oyunlardan sonra bu suala dəqiq cavab vermək olar.

- Belə görünür ki, gedənlərin yeri tam doldurulmayıb...

- İndiki məqamda belə görünməsi normaldır.

- Artıq 2-3 mövsümdür çempionat bitəndən sonra komandanızın heyəti böyük ölçüdə dəyişir. Bunun qarşısını almaq olmaz?

- Biz əyalət komandasıyıq. Legionerlər Qəbələdə 1 ildən artıq qalmırlar. Həm də büdcəmiz elə də geniş deyil. Nika bizdən bu mövsüm üçün keçənilki ilə müqayisədə 3 dəfə artıq pul istədi. Ona görə də yollarımızı ayırdıq. Gedənlərin heç birinin komandadan ayrılmasını istəmirdik.

- Mərhələ adlayacağınıza ümidiniz var?

- “Qəbələ”dən hər şey gözləmək olar.

- Cavab oyununda “Qəbələ”yə nə kömək ola bilər?

- Həmişə gücümüz çatanın maksimumunu etməyə çalışmışıq. “Yagelloniya”nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram.

- Səfərə 4 gün əvvəldən getməyiniz nə ilə əlaqədardır?

- Çarterlə getməyə büdcəmiz imkan vermir. Məcburuq adi reyslə gedək. 2 gün əvvəl səfərə çıxsaq, komandada yorğunçuluq olacaq.

- Mərhələni adlamaq mümkün olmasa, yeni tranfserlərin taleyi necə olacaq?

- Komandanı yalnız Avroliqa üçün qurmamışıq. Legionerlərlə 2, 3 ilik müqavilələr bağışlamışıq. Səfərdə uduzsaq, çempionata hazırlaşmalı olacağıq.

- Oyunu klubun prezidenti, sponsorları da izləyirdi. Onların fikirləri necədir?

- Oyundan sonra danışmadılar. Onlar da bu gün daha artığını gözləyirdilər. Ən azı evdə oynadığımızı nəzərə alaraq, qələbə qazanmalıydıq.

- Nə vaxta kimi “Qəbələ” Avroliqa oyunlarını doğma meydanda yox, Bakıda keçirəcək?

- Büdcəmiz normallaşana, stadionumuz tikilib qurtaranana qədər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail