I Divizionda daha bir komanda - "Bakı"nın bazasında

14.07.2017 | 1072 dəfə oxunub

2017/2018 mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparacaq “Göyçə” komandası ilə bağlı bəzi məsələlərə aydınlıq gəlib.

Stadium.Az xəbər verir ki, bununla bağlı “Report”a klubun prezidenti Mübariz Məmmədov açıqlama verib. Onun sözlərinə görə “Göyçə” 2004/2005 mövsümündə I Divizionda çıxış etmiş eyniadlı komandanın varisidir. Məmmədov klubun paytaxtı təmsil edəcəyini və “Bakı”nın təlim-məşq bazasında məskunlaşacağını bildirib.

Klubun prezidenti baş məşqçinin adını da açıqlayıb. Bu, vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “Muğan” və “Rəvan” komandalarının sabiq baş məşqçisi Bəhmən Həsənovdur.

Məmmədov məşqlərə iyulun 20-dən başlayacaqlarını söyləyib: "Heyətimizə “Bakı”nın bəzi futbolçularını götürəcəyik. Həmçinin, ölkə xaricindən də 6 futbolçu gətirəcəyik. Həmin oyunçular əsasən İtaliyadandır”. “Göyçə” 2004/2005 mövsümündə I Divizionda 20 xalla 4-cü yeri tutub.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

03:13  "Qarabağ" - "Lexiya" 1:1 VİDEO

20.01.2018

23:40  "Brayton" - "Çelsi" 0:4 VİDEO

12:53  Oyunlara necə baxaq? - TV AFİŞA

02:25  "Keşlə" - "Zirə" 2:1 VİDEO

02:23  "Qarabağ" "Lexiya"yla oynayır - YENİLƏNİR

19.01.2018

02:29  "Leqanes" - "Real" 0:1 VİDEO

18.01.2018

10:13  PSJ - "Dijon" 8:0 VİDEO

17.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ