Gecə klubunda xanımı döydüyü deyilən dünya çempionumuz məsələyə aydınlıq gətirdi

17.07.2017 | 1130 dəfə oxunub

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib. Stadium.Az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda "Sahil" metro stansiyası yaxınlığındakı "26 land"da bir xanımla mübahisə etdiyini təsdiqləyib.

Lakin o, heç kimi döymədiyini iddia edib: "Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb".

Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib:

"Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır".

Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib: "Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz".

52 kq çəki dərəcəsində yer alan Elvin Məmişzadə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında və Qətərdə təşkil olunmuş dünya çempionatında qızıl, Avropa çempionatlarında gümüş (2010) və bürünc (2013) medal qazanıb.  

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2017

15:53  "Neftçi" "Qəbələ"yə qarşı - YENİLƏNİR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

18:12  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

21.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi