Zaur Svanadze: "Növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”

17.07.2017 | 4330 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Esh” ilə cavab oyununu dəyərləndirib.

Stadium.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis "Report"a açıqlamasında heyətlə bağlı problemin olmadığını söyləyib: “ İnter” Lüksemburqda da öz oyun üslubuna sadiq qalacaq. Evdə “Fola Esh”i 1:0 hesabı ilə məğlub etsək də, səfərdə müdafiədə oturmaq fikirmiz yoxdur.

Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq. Heyətdə zədəli futbolçu yoxdur. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər”.

Püşkə əsasən “İnter” “Fola Eş” səddini keçəcəyi halda III təsnifat mərhələsində "Östersund" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Svanadze növbəti rəqib kimi İstanbul təmsilçisini arzuladığını dilə gətirib:

“İndidən nəsə demək tezdir. Çünki özümüz hələ növbəti mərhələyə vəsiqəni təmin etməmişik. Həmçinin kiminlə rəqib olacağımız da bilinmir. “Qalatasaray” səfərdə 0:2 hesabı ilə uduzub.

Evdə keçirəcəkləri cavab görüşü asan olmayacaq. Bu komandanın Azərbaycanda çoxsaylı azarkeşlərinin olduğunu bilirəm. Mən də növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”.

İyulun 20-də keçiriləcək "Fola Esh" - "İnter" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail