Ayxan Abbasov: "Belə oyundan sonra danışmaq çətindir" - MÜSAHİBƏ

21.07.2017 | 3403 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsinin “Astra” ilə cavab oyunundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Belə oyundan sonra danışmaq çətindir. Bilirdik ki, matç çətin keçəcək. Rəqibin üstünlüyü var idi.
 Bizə qol lazım idi. Yaxşı imkanlarımız olsa da, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Düşünürəm ki, futbolçularım əzmkarlıq göstərdi. Bu turnir bizim üçün əlavə təcrübə idi. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm".

- Hakim idarəçiliyindən razı qaldınız?

- Hakimlər barədə danışmaq istəmirəm. Özünüz də yaxşı gördünüz ki, rəqib tempi salırdı, qapıçıları oyuna gec başlayırdı. Ümumi demək istəyirəm ki, bizim hakimlərə şükr etməliyik. Düzdü, hakim ciddi səhv etmədi, biz erkən qol vurmalı idik. İnanmıram ki, hakim bizə qarşı qərəzli olsun.

- Komandanız cinahlardan zəif təsir bağışlayırdı. Bu, nə ilə bağlı idi?

- Sizinlə razı deyiləm. Oyunumuzu cinahlardan qurmuşduq və düşünürəm ki, oyunumuz yaxşı alındı. Məncə, cinah ötürmələri yaxşı alındı, amma son nöqtəni qoya bilmədik. Ümid edirəm ki, çempionata qədər hazır vəziyyətdə olacağıq.

- İlk hissə ilə müqayisədə ikinci hissədə aşağı tempdə oynamağınız nə ilə bağlı idi?

- Bu, normaldı. Bilirdik ki, ikinci hissədə eyni tempi davam etdirə bilməyəcəyiik. Rəqib də müdafiədə oturmuşdu. Ona görə istəyirdik ki, erkən qol vuraq, rəqib müdafiədə oturmasın. Ancaq bu alınmadığından, fasilədən sonra işimiz daha çətin oldu. Hava da istidi, futbolçular yorulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail