"Qarabağ"ın Çempionlar Liqasında yubiley oyunu

24.07.2017 | 6348 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olacaq. Stadium.Az xəbər verir ki, "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində yubiley matçına çıxacaq. “Şerif”lə sabahkı görüş Qurban Qurbanovun yetirmələri üçün Çempionlar Liqasında 15-ci olacaq.

“Ağ-göylər” bu turnirdə indiyədək 14 matça çıxıb.

2014/15 mövsümündə Çempionlar Liqasında debüt edən “Qarabağ” ilk üç cəhdin hərəsində bir mərhələ adlayıb və 4 oyunla kifayətlənib. Cari mövsümdə də artıq bir raundu arxada qoyan komanda 3-cü görüşünə çıxır. Ağdam klubu əvvəlki 14 matçda 7 dəfə qalib gəlib. Hesabında 5 bərabərlik olan “Qarabağ” yalnız 2 dəfə uduzub. Çempionlar Liqasında 7 oyundu uduzmayan ağdamlılar sonuncu dəfə 2015-ci il iyulun 29-da “Celtic”ə uduzub. Əyalət klubu bu turnirdə 17 qol vurub, 5-ni buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail