"Barselona" Neymarın maaşın artırmayacaq

24.07.2017 | 5787 dəfə oxunub

"Barselona"nın hücumçusu Neymar yaxın vaxtda İspaniya vətəndaşlığı alacaq. Stadium.Az xəbər verir ki, braziliyalı ulduz 1.6 il əvvəl başladığı prosedur nəticəsində sentyabrda İspaniya pasportuna sahiblənəcək.

Ölkə qanunvericiliyə əsasən, orda 2.5 il yaşayan şəxs ikili vətəndaşlıq almaq hüququna malikdir. Neymar 2013-cü ildə "Santos"dan katalon klubuna keçib.

Braziliyalı futbolçunun gələcək taleyi tam müəyyənləşməyib. PSJ "Financial fair play" qaydalarını pozmaq riskini üstünə alaraq ona görə astronomik məbləğdə pul təklif edir. "Sport" nəşrinin məlumatına görə Neymarın atası ötən həftə "Barselona" rəsmiləri ilə görüşüb.

O bildirib ki, oğlu əlverişli maliyyə imkanlarına görə Paris klubunun təklifini dəyərləndirə bilər. Katalonlar isə "sambaçı"nın maaşını artırmaq barədə düşünmür. Neymarın hazırki məvacibi illik 25 milyon avro təşkil edir. Mətbuatda futbolçunun seçim qarşısında qaldığı bildirilir. İddialara görə onun komanda yoldaşları "Barselona"da qalmasını, yaxın qohumları isə PSJ-yə getməsini istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail