Qurban Qurbanov: "Düşünürəm ki, yaxşı nəticə qazanmışıq" - MÜSAHİBƏ

26.07.2017 | 4642 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyimiz oyun oldu. Ağır matç olacağını bilirdik. Bu oyun bir daha göstərdi ki, turnirdə zəif komanda yoxdur.

Komandamdan razı qaldım. Bəzi səhvləri nəzərə almasaq, yaxşı oynadıq. Düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Evdə qol buraxmamaq üstünlükdür. Cavab oyununa yaxşı hazırlaşmağa və mərhələ adlamağa çalışacağıq.

- İlk hissədə cinahlardan heç bir hücumunuz alınmadı. Bu, nə ilə bağlı idi?

- Dünən də demişdim ki, “Şerif” fərqli üslublarda oynayır və bu gün bunun şahidi olduq. Xüsusən, rəqibin 20 nömrəli oyunçusu daha fəal idi. İlk hissədə “Şerif” yaxşı müqavimət göstərdi. Lakin oyunu 90 dəqiqə eyni tempdə keçirmək çətin olur. Düşünürəm ki, rəqib evdə daha açıq futbol oynayacaq. Komandanın baş məşqçisi də futbolu yaxşı bilən mütəxəssisdir. Fikrimcə, onlar Bakıdan istədikləri nəticə ilə dönürlər.

- Yakub Jezniçakın zədəsi nə yerdədi?

- Məncə, ciddi bir şey yoxdur. Amma yenə də həkimlər sabah dəqiq cavab verəcəklər. Çünki əzələ ağrısı futbolçuya xoş olmayan zədədir.

- Cavab oyununda hansı dəyişikliklərə əl atacaqsınız?

- Öz proqramımız əsasında işləyirik. Hansı oyunçuya lazımdırsa, ona əlavə proqram veririk. Komanda bir yerdə çox az olub. Oyunçuların fiziki hazırlığında bəzi çatışmazlıqlar var. Bu da vaxtla bağlı olan məsələdir. Vaxt keçdikcə bu problemin qaydasına düşəcəyini gözləyirəm. 

- Mahir Əfranı əvəzləyəndən sonra hücumunuz daha kəsərli oldu. Cavab matçında necə oynamağı düşünürsünüz?

- Heyəti bu gündən deyə bilmərəm. Hələ bir həftə vaxtımız var. Orda hansı oyun üslubunu quracağıq? Buna təhlil etdikdən sonra qərar verəcəyik. Lazım olsa, müdafiə olunacağıq. Hücumda oynamaq lazım olsa da, belə çıxış edəcəyik. Oyunun gedişatına görə əlavələr mütləq olacaq.

- Bu gün meydanda gözlədiyiniz “Şerif”i gördünüz?

- Bəli, gözlədiyim komandanı gördüm.

- “Şerif” cavab oyununda sürpriz edə bilər?

- Rəqib nəticə qazanmağı bacaran komandadır. “Şerif”in müdafiə olunması çoxunda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda bizi tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq.

- Pley-off öncəsi evdə qolsuz bərabərlik komandada gərginlik yarada bilərmi?

- Belə düşünmürəm. Çalışacağıq nəticə üçün oynayaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.

- Ağabalanı meydana gec buraxmağınız nə ilə bağlı idi?

- Donald yorulmuşdu. Ağabalanı buna görə meydana buraxdım.

- Yəqin ki, “Şerif”in “Kukesi” ilə oyunlarını  izləmisiniz. Onların fərqli çıxışını necə dəyərləndirmək olar?

- Hər iki oyunlarını izləmişdim. “Kukesi” ilə səfər matçına qalib kimi getmişdilər. Bu üzdən əsas məqsədləri qol buraxmamaq idi.

- İlk hissədə çoxlu top itkilərindən sonra meydanı yoxladınız. Buna səbəb nə idi?

- Meydança yaxşı sulanmadığı üçün top yaxşı getmirdi. Buna görə də, fasilədə meydança çox sulandı və ikinci hissədə daha sürətli oynadıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail