Qara Qarayev: "Rəşad Sadıqovun yeri görünürdü"

26.07.2017 | 4581 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Şerif”lə oyundan sonra jurnalistlərə açıqlama verib. Stadium.Az xəbər verir ki, Qarayev görüşlə bağlı bunları söyləyib: 

“Düşünmürəm ki, qeyri-adi nəsə başa verib. “Şerif” yaxşı rəqibdir. Müdafiə olunmağı da gözəl bacardılar. 

Çox istəyirdik ki, qalib gələk. Amma qol imkanlarından yararlana bilmədik. Yaxşı oynamağımızın bariz nümunəsi də budur ki, rəqib qapımıza qol vurmadı və təhlükəli epizod da yarada bilmədi. Fikrimcə, yaxşı çıxış etdik. Mərhələni keçmək haqda danışmaq bir qədər tez olardı. Burda 1 qol vursaydıq, səfərdə rahat olardıq”.

O bildirib ki, kapitanın meydanda yeri görünürdü: 

“Sözsüz, Rəşad Sadıqovun yeri görünürdü. Onun yeri hər zaman görünür. Rəşadın səstəyi, təcrübəsi hamımıza faydalıdır. Bu da oyuna təsir edir. İlk dəqiqələrdə ardıcıl epizodlar boşa verdik. Özüm də inana bilmirəm ki, Donaldın baş zərbəsi nə baş verdi ki, qapıya girmədi. Böyük dəstək altına çıxış etdik. Azarkeşlərə təşəkkür edirəm”.

Qarayev cavab matçı haqda da fikirlərini açıqlayıb: 

“Çoxları bizi aşkar favorit sayırdı. Futbolçular da düşünürdü ki, “Şerif” asan tikə deyil. Rəqib yaxşı oynadı. Amma bu o demək deyil ki, artıq əlimizi-qolumuzu bağlayacağıq. Səfərə yaxşı nəticə əldə etmək üçün gedəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail