"Reynaldo mənə dedi ki, ..." - "Şerif"in futbolçusu

26.07.2017 | 4650 dəfə oxunub

"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.

Stadium.az xəbər verir ki, 0:0 hesablı bərabərlikdən sonra Tiraspol təmsilçisinin futbolçusu Ziduy Badibanqa jurnalistlərin suallarını cavablandırıb:

- Əks-hücumlarda oynadıq. Yaxşı təsir bağışladıq. Bizim çox şansımız olmadı. Qapıçımız Zvonimir Mikoliç yaxşı təsir bağışladı. Cavab matçı üçün yaxşı nəticədir.

- Bu matçda daha çox müdafiəyə fikir verdiniz. Beşli müdafiə ilə çıxış etdiniz. Tiraspoldakı qarşılaşmada açıq, yoxsa qapalı futbol oynayacaqsınız?

- Bu taktika ilə uduzmadıq. “Qarabağ” yaxşı komandadır. Rəqibimizə qarşı yəqin cavab matçında da bu taktika ilə oynayarıq.
 
- Azarkeşlərin yaratdığı atmosfer barədə nə deyərdiniz?

- Çox yaxşı idi, fantastik!

- Belə bir şey sürpriz olmadı?

- Mənim “Anderlext”də birgə çıxış etdiyim Reynaldo “Qarabağ”ın sabiq futbolçusu olub. O, mənim dostumdur. İki həftə əvvəl Facebookda yazdım və o, mənə azarkeşlərin möhtəşəm olduğunu demişdi.

- “Qarabağ”ın oyunları haqda nəsə demədi?

- Oyun sirri barədə heç bir söhbətimiz olmadı. O, ancaq azarkeşlərdən və möhtəşəm atmosferdən bəhs etdi.

- Cavab matçında kim şanslıdır?

- Bilirik ki, çətin olacaq. Əgər istədiyimiz kimi oynasaq, inanıram ki, biz qalib gələcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail