Maksim Medvedev: "Rəqib “Samtredia” deyil, daha usta komandadır" - MÜSAHİBƏ

26.07.2017 | 5138 dəfə oxunub

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun sonlarında Miçellə mübahisə etdin. Nə baş vermişdi?

- Adi futbol epizodu idi. Oyunun sonları idi, qələbə qazanmaq istəyirdik və cüzi gərginlik var idi. Topu ona ötürməyimi istəsə də, mən daha yaxşı mövqedə olan Donald Gerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı.

- Qurban Qurbanov oyundan sonra nəsə dedi?

- Xeyr, bu adi haldır.

- Oyun gözlədiyiniz kimi  keçdi?

- Rəqib “Samtredia” deyil, daha usta komandadır. Meydanda nə etmək lazım olduqlarını bilirlər, təcrübələri var. Çalışacağıq ki, səfərdə başqa cür oynayaq. Artıq onları tanıyırıq.
 
- Rəqibin oyunu ilə bağlı nə deyə bilərsən?

- Beş müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli oyanayacaqlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin.
 
- “Qarabağ”ın oyununda da problemlər var. Xüsusilə də hücum xəttində “dişsizlik”, ötürmələrdə bəsit səhvlər sizin üçün gözlənilməz olmadı?

- Futboldu, belə şeylər olur. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktikada çıxış etdi. Həm də Moldova komandası daha usta komandadır. Yaxşı mövqe seçirdilər, asmalar edəndə topu uzaqlaşdırırdılar. Həmin anda problemlər yaranırdı.

- Sanki "Şerif" sizi daha yaxşı analiz etmişdi?

- Rəqib bizi analiz etmişdi, necə oynadığımızı, harda “bağlamaq” lazım olduğunu bilirdilər. Futbol oynamağa imkan verirdilər, amma müəyyən zonaya qədər. Ondan sonra “bağlayırdılar” və əks-hücuma çıxmağa çalışırdılar. Biz də onların bu oyun üslubuna hazır idik. Çünki əvvəllər də bu cür oyun üslubuna üstünlük verən komandalara qarşı oynamışdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail