"Komandam bu gün bacardığı kimi oynamadı"

28.07.2017 | 5923 dəfə oxunub

"Bu gün uduzduq. Rəqibin qələbəsi layiqli idi. Məncə, hesab arasındakı fərq daha da böyük ola bilərdi”. 

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib. 

Oyunsonrası mətbuat konfransında ukraynalı mütəxəssis matçın gözlədiyi kimi keçdiyini bildirib:

“Buna hazır idik. Amma komandam bu gün bacardığı kimi oynamadı. Ona görə də narazı idim. Düzdür, rəqibin üstünlüyü var idi. Etiraf edirəm ki, “Panatinaikos” güclü oynadı. İstər taktiki cəhətdən olsun, istər yaxşı təşkilatlanmış. Oyun tərzi baxımından komandam tanınmaz idi”.

Yenilgiyə baxmayaraq, Qriqorçuk vurğulayıb ki, komandası Bakıda lazımi nəticəni qazana bilər:  

“Cavab oyununda vəziyyəti dəyişə bilərik. Buna inanıram. Daha düzgün oynamağa gücümüz çatır. Mərhələ adlamaq şansımız var və bu, az deyil. Cavab matçında növbəti mərhələyə vəsiqənin taleyini xeyrimizə həll edə bilərik. Bakıda tam fərqli oyun göstərəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail