FİFA AFFA-nı cəzalandırıb

28.07.2017 | 4420 dəfə oxunub

İyulun 27-də FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verilib.

FİFA iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş Azərbaycan - Şimali İrlandiya qarşılaşmasında (0:1) azarkeşlərin qeyri-etik davranışına görə AFFA-nı  2000 İsveçrə frankı (3500 manat) cərimə edib. Bundan əlavə, qarşıdakı oyunlarda eyni halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq da edilib.

Ötən il keçirilən San Marino - Azərbaycan (0:1) və Azərbaycan - Norveç (1:0) qarşılaşmalarına görə, FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənmişdi. Sentyabrın 4-də San Marino səfərində azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıdakı matçın hər iki hissəsi vaxtından gec start götürdüyünə görə, assosiasiya xəbərdarlıq almışdı. Qurum Türkiyəni də azarkeşlərini görə cərimə edib.

Türkiyə Kosovo, Ukrayna və Finlandiya ilə oyunlarda fanatların davranışlarına görə 13 min İsveçə frankı ilə cərimələyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail