Əfsanəvi kapitan Neymarı tənqid edib

30.07.2017 | 5561 dəfə oxunub

"Barselona"nın keçmiş kapitanı Karles Puyol braziliyalı ulduz Neymara öz planları barədə açıqlama verməyi tövsiyə edib.

Stadium.Az xəbər verir ki, Puyol bunları deyib:

"Neymarın nə fikirləşdiyi mənə aydın deyil. O, çıxıb nə istədiyini deməlidir. Qərar vermək lazımdır. Neymarın "Barselona"dan getmək istədiyinə əmin deyiləm.

Amma futbolçunun bütün karyerasını bir klubda keçirməsi çətindir. Messi, Buskets, İniesta kimi misallar olsa da, futbol dəyişir. Ötən mövsüm "Barcelona" üçün ağır keçdi. Həmişə qalib gəlmək mümkün deyil. İspaniya Kuboku ilə Çempionlar Liqası titulunu müqayisə etmək yersizdir. İstənilən halda, mükafat qazanmaq xoşdur. Komanda Luis Enrikenin rəhbərliyi altında yaxşı oynayırdı.

Artıq yeni baş məşqçi var. "Barselona"nın hədəfləri və oyun fəlsəfəsi ilə dəyişməyib. Valverdenin komandaları yaxşı çıxış edirlər. Görək, burda işlər necə alınacaq. Onun sərəncamında əla heyət var. Əminəm ki, titullar uğrunda mübarizə aparacaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail