Zidan: "Barselona"ya məğlubiyyət məni narahat etmir"

30.07.2017 | 5065 dəfə oxunub

"Real"ın Amerikada təşkil olunan "Beynəlxalq Çempionlar Kuboku"nu son pillədə başa vurub. Stadium.Az xəbər verir ki, Madrid klubu hər kəsin maraqla gözlədiyi oyunda "Barselona"ya 2:3 hesabıyla uduzub.

Komandanın baş məşqçisi Zinəddin Zidan oyunla bağlı bunları deyib:

"Matça pis başladıq və 7 dəqiqə ərzində qapımızda 2 qol gördük. Ümumi götürəndə, pis oynadığımızı deyə bilmərəm.

Heç nə gizlətmirik. Meydana çıxanda yaxşı oynamağa çalışırıq. Bir neçə gündən sonra "Barcelona" ilə yenidən qarşılaşacağıq. Bu görüşdə təkbətək mübarizələrdə xeyi top itirdik. Bizim üçün xarakterik olmayan bir şeydir.

Yeni mövsümə hazırlıq davam edir. Biz də belə nəticələri gözləmirdik. Amma bunun heç nəyə təsiri yoxdur. Əsas məsələ avqustun 8-də keçiriləcək Super Kubok matçına hazırlaşmaqdır.

Səbrli olub işləmək lazımdır. "Barselona"ya məğlubiyyət məni narahat etmir. Uduzmaq həmişə xoşagəlməzdir. İndi əsas məsələ bu deyil. Daha yaxşı oynayıb nəyisə dəyişmək zəruridir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail