Rəsul Çuayev - Nankor və harınlayan...

01.08.2017 | 7147 dəfə oxunub

Bir neçə gün öncə Azərbaycan güləş millisinin üzvlərinin pulsuzluq ucbatından federasiya rəhbərliyinin ünvanına etiraz aksiyası keçirməsi barədə xəbəriniz var. Güləşçilər bir araya gələrək aylıq maaşlarının verilməməsi və  şəraitsizlik ucbatından belə addım atdıqlarını bildirmişdilər. Güləşçilər adından danışan isə ölkənin ən güclü güləşçilərindən biri olan Rəsul Çunayev idi. 

Rəsul bildirirdi ki, pulu yoxdu. Məhz pulu olmadığı üçün məşqə gələ bilmir, məşq edə bilmir, çətinlikləri var. Bu, həmin Rəsul Cunayevdir. Ermənini döşəyə çıxmağa peşman etdikdən sonra publikaya "Əsgər Salamı" verən verən Rəsul.

Bu, bax, həmin Rəsuldur. O Rəsul Cunayev ki, BAKI-2015 I Avropa Oyunlarında çempion olduğu üçün dövlət tərəfindən 150 min manat, Rio Olimpiadasında üçüncü olduğuna görə yenə dövlət tərəfindən 150 min manat, Bakıda keçirilən İslam Oyunlarında üçüncü olduğu üçün yenə də dövlət tərəfindən 50 min manat mükafat alıb. Son iki ildə Rəsulun dövlət tərfindən 350 min manat dəyərində mükafatlandırılması rəsmidir.  Bu sadaladıqlarımıza hələ dünya və avropa çempionatlarındakı uğurlarına görə icra başçılarından, federasiyadan, idman nazirliyindən alınan mükafat və maaşları əlavə etmirəm. Onlarla birlikdə Rəsulun son iki ilə yaxın müddətdə aldığı mükafatların dəyəri yarım milyon manatı kemib gedir. 

Hələ sizə yenə də sadalayım. Rəsul bunlarla yanaşı Balakən Rayonu İcra Hakimiyyətindən də maliyələşir. Bundan başqa Fedarasiya da hər ay ona maaş verir. Olimpiya Komitəsi də öz növbəsində idmançının aylığını kəsmir. Rəsul 2 ay öncə ayrıldığı "Neftçi" İdman Klubundan isə aylıq 2 min manat maaş alıb.

Bütün bu sadaladıqlarımızın fonunda sizcə həqiqətənmi Rəsulun məşqə gəlməyə pulu yoxdu? Yoxsa, bu "reklamların" arxasında başqa nəsə dayanır?

Yüz minlərlə pul alanda "dərdini" danışdığı mətbuat yadına düşməyən Rəsul nə üçün medianın önünə keçmişdi? Onu adam edib publika önünə çıxardan qurumlarda 2 aydır pul yoxdur deyə hər şey məhv olmalıdırmı? Bəs indiyə qədər Rəsula edilən yaxşılıqlar maaşın gecikilməsiylə ayaqlar altına atılmalıdırmı?

Bunlar sır mənəvi məsələlərdir... Yəqin ki, Rəsul cavab verə bilməyəcək bu suallara...

Ermənini udduğu üçün ölkədə sevimliyə çevrilən və bununla daim fəxr edən Rəsul elə Rio Olimpiadasında erməniyə biabırçı məğlub olmadımı?

Bəlkə bunun da günahı "Neftçi" İdman Klubunda imiş?

Hə,  "Neftçi" İdman Klubu demişkən, Rəsul Cunayev iddia edir ki, bu klub ona mükafat söz verib və buna əməl etmədikləri üçün oranı tərk edib. Məsələyə  "Neftçi" İdman Klubundan dərhal reaksiya gəlib:

"Əvvəla, onu qeyd edək ki, Rəsul Çunayev on ildir (2007-ci ildən) ki, klubumuzda fəaliyyət göstərir. Bu illər ərzində o, öz dövrünə görə daim yüksək əmək haqqı ilə təmin olunub. Bundan əlavə, müxtəlif illərdə ayrı-ayrı uğurlarına görə klub tərəfindən mükafatlar alıb. Klub rəhbərliyi onun şəxsi problemləri ilə daim maraqlanıb, ona ailə və məişət problemləri baxımından köməkliklər olunub. Biz sadəcə, etik normalara riayət edərək bu rəqəmləri mətbuata açıqlamaq istəmirik. Ancaq buna baxmayaraq, ona verilmiş əmək haqqı və mükafatlar klubun mühasibatlığındakı müvafiq sənədlərdə dəqiqliyi ilə öz əksini tapıb. Lazım gəlsə, biz bütün bunları açıqlayacağıq. O ki qaldı "Rio-2016”dakı mükafat məsələsinə bu tamamilə yanlışdı. Orada qazanılan uğurlara görə bütün idmançılar ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılıblar. Klub tərəfindən isə nə Rəsul Çunayevə, nə də digər idmançılara heç bir mükafat vəd verilməyib.

Ancaq bu ilin əvvəlindən Rəsul Çunayev bizə müraciət edərək aldığı yüksək əmək haqqının az olduğunu bildirmiş və maaşının artırılmasını istəmişdir. Klub rəhbərliyi isə onun nəzərinə çatdırmışdır ki, bizdə ən yüksək əmək haqqı elə bu qədərdir, hətta Olimpiya çempionları üçün də. O da bu maaşın az olduğunu əsas gətirərək bir neçə ay bundan əvvəl öz xahişi ilə klubdan ayrılıb. Odur ki, bu gün bizim Rəsul Çunayevə heç bir maddi və mənəvi borcumuz yoxdu və yuxarıda qeyd etdiyimiz kimi o, klubdan xeyli vaxtdı ki, öz istəyi ilə ayrılıb. İndi belə bir açıqlama verməsi heç bir məntiqə sığmır və həqiqəti əks etdirmir. Lap elə hesab edək ki, bizim ona hansısa borcumuz var və müəyyən çətinliklər ucbatından verə bilmirik. Rəsulun elə o dəqiqə bu onillik münasibətləri, yaxşılıqları unudub öz doğma klubundan belə asanlıqla üz döndərməsinə nə ad vermək olar?!

İllərdir ki, bu klubdan xüsusi diqqət və qayğı görən, vaxtı-vaxtında əmək haqqı və mükafatlarını alan, hər kəs tərəfindən dost, qardaş münasibəti görən bir insanın böyüdüyü, uğur qazandığı, məşhurlaşdığı, ailə səmimiyyəti gördüyü bir klub haqda belə çıxış etməsi, yalan danışması sözün həqiqi mənasında hər birimizin təəccübünə və təəssüfünə səbəb oldu".

Sizcə məsələ ortada deyilmi? Rəsulun dərdi daha çox pul qazanmaqdır. Amma bunu etmək üçün sənə çörək verən, səni adam edib publika önünə çıxardan insanları qaralamaq doğrudurmu?

Məsələyə münasibət bildirən "Neftçi" İdman Klubunun mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu isə daha sərt danışıb:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdu ki, çörəyini yediyi “Neftçi” İdman Klubu haqqında mətbuata yalan açıqlama verib. Guya ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib.

Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb.

Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyi barədə nəsə deyə bilmərəm, amma “Neftçi” İdman Klubu "cocuq" vaxtlarından bu günlərə kimi, hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”

Biz zamanlar publikanın sevimlisi olan Rəsul artıq nankorluqda ittiham olunur. 

Rəsulu ictimaiyyət qınayır. Onu qınayanlar arasında Azərbaycan kikboks federasiyasının vitse-prezidenti, Dünya çempionu, keçmiş idmançı Güloğlan Cabbarov da var. Cabbarov da məsələyə çox sərt reaksiya bilirib: 

"Əziz dostlar dəyərli , qardaşlarım Azərbaycan idmanında illərlə döşəkdə, rinqdə, tatamidə can qoyan idmançılar, mən bir neçə idman sahəsində işləyən və rəhbər şəxslərlə, hətta dünyada "İlin Məşqçisi" seçilmiş Firdovsi Umudovla zəngləşdim, danışdım.

Güləşçilərimiz arasında olan məsələlərə aydınlıq gətirməyə çalışdım . İstədim ki , aldığım bəzi məlumatları sizinlə bölüşüm. Çünki bəzi detalları millət yaxşı bilmədiyindən, hərə bir rəy yazır. Biri dövləti günahkar çıxardır, biri idmançını, bəziləri isə fedarasiyaları ...

Nəzərinizə çatdırım ki , maaşdan və mükafatlardan üsyan edən Rəsul Çunayev şəxsən bir neçə yerdən maaş alır. 

Bu gün Firdovsi müəllimin dediyi kimi Sərhəd Qoşunlarından həm rütbə tərəfdən, həm də yüksək maaş alaraq dövlət tərəfindən maliyələşir. 

Balakən Rayonu İcra Hakimiyyətindən belə maliyələşir. Fedarasiya tərəfindən yüksək qayğı görüb, Olimpiya Komitəsindən maaş alır . "Neftçi" İdman Klubundan iki ay bundan öncə çıxarılmasını belə izah edir ki , guya, "Neftçi İK” prezidenti Sadıq Sadıqov Rəsula vəd etdiyi mükafatı vərmiyib . Əslində isə məsələ başqa cürdür.

İki ay öncə kluba gələrək maaşının daha yüksək ( 2 mindən yuxarı ) vərilməsi ücün ağız açanda rədd cavabı alıb. 

Çünki bir çox klubdan maliyələşən idmançıya deyilib ki, mövcud durumda bu, mümkün deyil . Buna etiraz edən Rəsul Çunayev klubdan uzaqlaşdırılıb . Məsələ burasındadır ki, bu maaşı heç döyüş bölgələrində erməniylə üz-üzə duran hər an, ölümlə üz-üzə gələn yüksək rütbəli zabitlər ala bilmir. Heç alimlər, professorlar belə yüksək maaş almırlar. Nə qədər harınlıyasan ki , bu qədər maaşı az bilib, daha da artığını istəyəsən. Ona görə də, dostlar, biləsiz ki, narahatçılığa əsas yoxdur. Hamısı da necə lazımdırsa maliyələşir . Maraqlıdır, bəs bizim fedarasiyamızın yerinə olsalar,  idmançılarımızın yerinə olsalar nə edərlər?".

Həqiqətən də belədir. Gözünü aldığı pensiyaya dikən qocalar nə etsinlər, aylarla qocalıq haqları verilməyəndə? Axı onların 2 ilə Rəsul qədər 100 minlərlə qazancı yoxdur!

Rəsul "güləş mitinq"ində "Neftçi" İdman Klubunun və Sadıq Sadıqovun adını çəkməyib. O, eturaz aksiyasında 

"Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Axı biz bu şəraitdə necə qalib olaq? 15 aydır ki, maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum" deyərək daha çox federasiyanın ünvanına danışmışdı. Ancaq daha sonra məsələyə Sadıq Sadıqovu da daxil edərək mükafat söz verildiyini və buna əməl edilmədiyini bildirmişdi.

Ən maraqlısı odur ki, Rəsulun bu barədə yalan danışdığı elə həmin etiraz aksiyasından üzə çıxır. Çünki Rəsulla birlikdə danışan ölkənin tanınmış pəhləvanı Hacı Əliyev vəziyyətlərinin pis olduğunu və yalnız "Neftçi" İdman Klubundan dəstək gördüklərini bildirmişdi. Elə orda Hacının yanında olan Rəsul düz oğlan idisə niyə "Hacı sən yalan danışırsan" deyə buna etiraz etmirdi?

Demək, elə yalanı danışan Rəsul Çunayevdir.   Rəsul "Neftçi" İdman Klubunu ona görə tərk edib ki, orda 2 min manat maaş alırdı, yeni klubunda ona 5 min manat maaş söz verilib. Bəs Rəsul yeni klubunda maaş almır? Alırsa niyə "pulumuz yoxdur" deyib fəryad edir? Almırsa onlarıda ittiham etsin, o zaman!

Rəsul dediklərində haqlı ola bilər, amma... Amması da çoxdu... 

Rəsul pulsuzluqdan şikayət edir və buna görə etriaz etdiklərini bildirir. Oxucunun nəzərinə çatdıraq ki, Rəsul Çunayev elə bir neçə gün öncə "Lexus LX 570" markalı avtomobil alıb. Bu avtomobilin satış qiyməti isə 159-165 min dollar arasında dəyişir. Biz hələ sadə variantından danışırıq. Çünki eyni avtomobilin daha yüksək qiymətə olan dizaynı müxtəlif cür olanalrıda var.

Rəsulun həqiqətənmi pulu yoxdur? Buna İnanırsız?

Rəsul nə üçün onu istedadına görə Balakəndən tapıb Bakıya gətirən, ona hər şey qazandıran klubu ittiham edir? Axı sənə hər şeyi bu klub qazandırıb. 

Rəsul nə üçün hərbi xidmətdə olmadığı halda Polkovnik rütbəsi daşımasını qəbahət hesab etmir?

Rəsul ermənini məğlub etməklə qazandığı hörməti elə erməniyə məğlub olmaqla da itirmişdi. Bu dəfə isə yerdə qalan, ona hörməti yalan danışmaqla ayaqlar altına atdı. Klub rəsmisinin dediyi kimi, gərək nankorluq etməyəydi və federasiya rəsmisinin söylədiyi kimi harınlamayaydı. 

P.S. Rəsul Çunayev çox yaxşı bilir ki, ittiham etdiyi "Neftçi" İdman Klubunun prezidenti Sadıq Sadıqov idmançılara heç zaman yalan danışmır. Bu səbəbdən də S.S. idmançıların sevimlisidir. Gərək Rəsul də yalandan ona böhtan atmazdı. 

Necə deyərlər, kişi olan kəs, kişiyə böhtan atmaz!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail