Kamran Ağayev: "Çexiya çempionatı Portuqaliya Premyer Liqasında da güclüdür" - MÜSAHİBƏ

10.08.2017 | 5851 dəfə oxunub

Azərbaycan millisinin və Çexiyanın “Mlada” klubunun üzvü Kamran Ağayev “Qafqazinfo”ya müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:

- Özünü Çexiyada necə hiss edirsən?

- Əla. Hər şey yaxşıdır. Burda mənə qarşı münasibət də əladır. Özümü rahat hiss edirəm və güclü çempionata gəlmişəm. Komandamızın məqsədi var. Böyük klubdur və biz çempionluq üçün oynayırıq.

- Boleslav klubuna keçidin bir az gözlənilməz alındı...

- Düzdür, heç kimə açıqlamamışdı. Xaricdə oynamaq istəyim var idi. İddialı kluba keçmək fikrindəydim. Danışqılar apardıq və bura gəldim. Fikrimcə, düzgün seçim etmişəm. Gözləyək görək necə olacaq.

- Amma adın Azərbaycanda müxtəlif klublarla hallanırdı...

- Bu barədə danışmaq istəmirəm. Amma haqqımda yazanlara sözüm var ki, indi utanırlar görəsən. Mənim futbolsuz qaldığım vaxtda haqqımda nə istəyirdilər yazırdılar. Gördülər ki, necə kluba keçdim. İndi heç olmasa, düşünürlər ki, səhv etmişik. Bir də üzümü tutub onlara demək istəyirəm ki, mənə zəng etməsinlər. Mobil telefonuma zəng edib narahat edirlər. Sualları varsa, gözləsinlər nə vaxt üz-üzə gələrik suallarını verərlər.  

- Heyətə düşmək çətin olmayacaq?

- Yox, bu barədə düşünmək lazım deyil. Yaxşı məşq edib hazırlaşmaq, əsas heyətdə yer tutmaq lazımdır. Bunun üçün əlimdən gələni edəcəm.

- Hazırda zədəlisən?

- Bəli, zədəm var.

- Nə zaman yaşıl meydanlara qayıdacaqsan?

- Zədəm o qədər ciddi olmasa da, bərpa prosesi keçməyə ehtiyac var. Bacardığım qədər tez meydana dönəcəm. Futbol oynamaq istəyirəm. Çexiya çempionatı Portuqaliya Premyer Liqasında da güclüdür. Burada oynamaq üçün daha güclü və hazırlıqlı olmaq lazımdır.

- Azərbaycan çempionatı ilə müqayisə etməyə dəyər?

- Özünüz baxıb görürsüz. Çempionatda 16 komanda oynayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail