Ramil Quliyev: "Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram"

11.08.2017 | 5857 dəfə oxunub

“Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

Stadium.Az xəbər verir ki, bunu Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

“Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail