Şahin Diniyev "Kəpəz"in azarkeşlərinə səsləndi

12.08.2017 | 6372 dəfə oxunub

“Kəpəz” Topaz Premyer Liqasında yeni mövsümün ilk oyununu səfərdə keçirəcək.  Stadium.Az xəbər verir ki, Gəncə təmsilçisi “Sumqayıt”la qarşılaşacaq. 

Komandanın baş məşqçisi Şahin Diniyev oyundan öncə klubun rəsmi saytına fikirlərini bildirib: “Komanda çempionata tam olaraq hazır deyil. Bu, əslində başa düşüləndir. Çünki startda oyun təcrübəsi olmur. Dünyanın hər yerində belədir, istənilən komanda başlanğıcda hər şeyə hazır olmur. Yarış gedə-gedə futbolçular forma yığmağa başlayırlar. “Kəpəz”in heyəti 65-70 faiz yenilənib, ona görə də bizim üçün indi çətin dövrdür. Zamana ehtiyacımız var, futbolçuların bir-birini tam anlaması, xətlərarası əlaqənin ideal olması üçün çoxlu matçlar keçirməliyik. Çempionat gedə-gedə buna nail olacağıq. Amma bu o demək deyil ki, biz ilk oyunlardan əlimizi yanımıza salıb gözləyəcəyik. Dayanmaq olmaz, layiqli mübarizə aparmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Premyer Liqanın səviyyəsi yüksəlib. Medallar uğrunda mübarizə aparan komandaların sayı artıb. Bu səbəbdən sıradan oyunlar olmayacaq. Həmçinin də sabahkı matç önəmlidir. Başlanğıc həmişə çətin olur, amma uğurlu start olduqca vacibdir. Komanda bunun məsuliyyətini dərk edir. Odur ki, oyuna ciddi hazırlıq gedir”.
 
Şahin Diniyev azarkeşlərə də səslənib: “Bu gün bizim azarkeşlərə çox ehtiyacımız var. Gəncə şəhər stadionunun meydançasının təmirə bağlanması səbəbindən ev oyunlarımızı oktyabra kimi kənarda keçirəcəyik. Azarkeşlər bizim “12-ci oyunçu”muzdurlar deyə onlara ehtiyacımız böyükdür. Əgər klublarla razılaşa bilməsək, ev oyunlarımızı elə fanatlarımıza görə Tovuzda keçirəcəyik. Onları Tovuza dəvət edirəm. Stadionu doldursunlar ki, özümüzü evdə olduğu kimi hiss edə bilək. Elə “Sumqayıt”la səfər oyunu üçün də Bakıdakı azarkeşlərimizə müraciət edib onları dəstəyə çağırıram. Yeni komanda yaratmışıq, uşaqlara dəstək olmaq lazımdır”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail