Roman Qriqorçuk: "Təsəvvür etmək çətindi"

12.08.2017 | 6095 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın ilk turunda “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfrasnında jurnalistlərin suallarını cavablandırıb: 

- İşləməli olduğumuz çox şeylər var. Oyunçuların fərdi çıxışı ürəyimcə olmadı. Bunun üzərində işləyəcəyik. Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Bəzi çatışmazlıqlar olduğu üçün tam sevinə bilmirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.

- Birinci hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəz etmək istəsəniz də, sonradan fikrinizən daşındınız. Bu, nə ilə bağlı idi?

- Sizə kim deyir ki mən onu əvəzləmək istəyirdim?

Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidir. Ona görə də təsəvvür etmək çətindi.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirik, ancaq ideal heç nə yoxdur.

- Araz Abdullayev və Xavi Ernandezin boşluğunu necə dolduracaqsınız?

- Onlar özləri komandanı tərk etmək istədilər. Biz futbolçuların istəyi ilə hərəkət etdik və onları göndərməyə razılıq verdik.

- Son dəqiqələrdə "İnter" üstünlüyü ələ aldı. Buna səbəb nə idi?

- Bu futbolun qaydasıdır, rəqib son dəqiqələrdə daha yaxşı oynayır. Oyunun sonunda adətən belə olur. Həyacan, narahatlıq və s. Qalib gəlmək istəyən komanda oyunu idarə etməyi bacarmalıdı. Qələbə istəyiriksə, bunu öyrənməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail