Rauf Əliyev: “Bura gəlməzdən əvvəl Ansi Aqolli ilə məsləhətləşdim"

14.08.2017 | 4320 dəfə oxunub

“Karyeram ərzində yalnız Azərbaycanda oynamışam. Bu, mənim üçün ilk legioner həyatıdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”dən ayrılaraq “Kukesi”yə transfer olunan Rauf Əiyev Albaniya mətbuatına açıqlamasında deyib.

Yeni klubuna keçidi haqda danışan millimizin üzvü düzgün seçim etdiyini bildirib:“Bilirəm ki, “Kukesi” Albaniya çempionatında və avrokuboklarda yaxşı çıxış edir. Düşünürəm ki, doğru seçim etmişəm”.

Əliyev Albaniya futboluna bələd olduğunu bildirib:“İnter”in heyətində Avroliqa oyununda Albaniyanın “Laçi” klubuna qarşı oynamışam. Bundan başqa, yığmamızın heyətində Albaniya millisinə qarşı iki oyunda iştirak etmişəm. Albaniya və Azərbaycan futbolunun səviyyə fərqinə gəldikdə isə düşünürəm ki, sizdə milli komanda biz də isə klublar güclüdür”.

Əliyev "Kukesi"yə keçərkən  sabiq komanda yoldaşı – “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqollidən məsləhət aldığını da əlavə edib: “Bura gəlməzdən əvvəl Ansi Aqolli ilə məsləhətləşdim. O, mənə müsbət fikirlər söylədi. Bu təklifi qəbul etməyimə əminlik yaratdı. “Kukesi” ilə böyük uğurlar qazanmaq istəyirəm. Hədəfim komandamla birgə avrokuboklara vəsiqə qazanmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail