Almeyda: "Bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək çətin məsələdi"

16.08.2017 | 4152 dəfə oxunub

Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” ilk oyunda Danimarkanın "Kopenhagen" klubuna qalib gəldi 1:0. Oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb:

- Rahatlaşmısınız, yoxsa yenə oyundan əvvəlki hissləri daşıyırsız?

- Qətiyyən rahatlaşmamışıq. Çünki qarşıda daha bir 90 dəqiqə var. Belədə hansı rahatlıqdan danışmaq olar. Bilirik ki, çətin komandadı rəqibimiz. Vacib addım atdıq, amma tam addım atmamışıq. Fikrimizi cavab oyununa yönəltmişik. Səfərdəki matçdan sonra nəsə demək olar.

- Rəqib öz meydanında nədə təhlükə yarada bilər. Bugünkü oyunda “Qarabağ” üstün idi. Bəs səfərdə onların üstünlüyü nə və ya nələr ola bilər?

- Bilirsiz, bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək çətin məsələdi. Çünki hər komandanın öz oyun dəsti xətti var. Bizim oyun üslubumuz belə, onlarınkı isə elədi. Yenə deyirəm, onlardan aşkar güclü olduğumuzu səsləndirmək düzgün olmaz. Çempionlar Liqasında kiçik, zəif komanda anlayışı yoxdu.

- Premyer Liqa oyunlarında daha emosional olursunuz. İstənilən kobudluğa qarşı aqressiv reaksiya verirsiniz. Amma avrokuboklarda tamamilə sakit olursunuz. Bu baş məşqçinin tapşırığıdı?

- Belə düşünürsüz? Onda oyunları bir qədər də diqqətli izləməlisiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail