Böyük futbol yenidən Yevlaxda?

16.08.2017 | 3884 dəfə oxunub

Peşəkar Futbol Liqasının stadionları təftiş qrupu Gəncə, Tovuz və Yevlax stadionlarının Premyer Liqa və birinci diviziona hazırlıq vəziyyətini yoxlayıb.

Stadium.Az xəbər verir ki, qurumun mütəxəssisləri Gəncə şəhər stadionunda təmir işləri aparıldığından "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsinin mümkünlüyünü araşdırıblar. Daha sonra PFL əməkdaşları Yevlax şəhər stadionunun infrastrukurunu yoxlayıblar. Buradakı vəziyyətin Tovuz stadionu ilə müqayisədə daha normal olduğu, müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi Yevlaxda oynaya biləcəyi vurğulanıb.

PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib. O qeyd edib ki, Yevlax şəhər stadionunda infrastruktur Tovuzla müqayisədə daha əlverişlidir: " Hələlik məsələ ilə bağlı yekun qərar verilməyib. Müəyyən işlər aparıldıqdan, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra  PFL rəhbərliyinin, rayon icra hakimiyyətinin və klubun razılığından sonra "Kəpəz"in ev oyunlarını Yevlaxda keçirməsi mümkündür".

Əgər "Kəpəz" ev oyununu keçirmək üçün Yevlaxı seçsə, bu zaman uzun fasilədən sonra Premyer Liqa oyunu Yevlaxa qayıdacaq.

Yevlaxda Premyer Liqanın son oyunlar 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail