Klublarımız Avroliqada nə qədər qazanıb?

18.08.2017 | 6611 dəfə oxunub

UEFA 2017-2018 mövsümündə Avropa Liqasının iştirakçılarına ümumilikdə 399,8 milyon avro ödəyəcək.

Stadium.Az xəbər verir ki, qrup mərhələsindəki nəticələr və mərhələ adlamağın qarşılığında 239,8 milyon avro ayrılıb. 160 milyon avro isə qrup mərhələsindən etibarən təmsil olunan iştirakçıların teleyayım hüquqları üçün nəzərdə tutulub.

Qrup mərhələsində mübarizə aparacaq 48 klubun hər biri ən azı 2,6 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə 360 min avro, heç-heçə 120 min avro gətirəcək. 1/16 finala vəsiqə qazanan qrup qalibləri hərəyə 600 min avro, qrup ikinciləri isə 300 min avro əldə edəcəklər.

1/16 final iştirakçıları hərəyə 500 min avro, 1/8 finala vəsiqələrin sahibləri 750 min avro, 1/4 finala yüksələnlər 1 milyon avro, yarımfinala çıxanlar 1,6 milyon avroya sahib olacaqlar. Nəhayət, Avroliqanın qalibi 6,5 milyon avro, finalçı isə 3,5 milyon avro qazanacaq. Beləliklə, bu turnirin qalibi maksimum 15,71 milyon avro əldə edə bilər. Bura bazarda iştirak payı daxil deyil.

Habelə, təsnifat mərhələlərində iştirak etmiş klublar üçün də ödənişlər nəzərdə tutulub. I təsnifat mərhələsində iştirak etmiş klub 215 min avro, II təsnifat mərhələsindəkilər 225 min avro, III təsnifat mərhələsindəkilər 235 min avro, "pley-off"da çıxış edənlər isə 245 min avro qazanacaqlar. Beləliklə, Azərbaycan təmsilçilərindən ilk 2 mərhələdə iştirak etmiş "Zirə" və "İnter" hərəyə 440 min avroya, yalnız ikinci mərhələdə iştirak etmiş "Qəbələ" isə 225 min avroya sahib çıxacaq.

Hazırda Çempionlar Liqasında çıxış edən "Qarabağ" "pley-off" səddini keçə bilməsə, ardıcıl dördüncü mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail